Accessibility links

"Oscar"a nominantlar bəlli oldu


Ceyn Kempionun "The Power of the Dog" kovboy draması 94-cü Akademiya Mükafatlarına nominantlar arasında birinci yeri tutub.

Çərşənbə axşamı elan edilən nominasiyalarda Kempionun filmi ən yaxşı film, ən yaxşı rejissor və əsas rolları ifa edən bütün aktyorlar: Benedikt Kamberbatç, Kirsten Danst, Cessi Plemons və Kodi Smit-Makfi ən yaxşı aktyor kateqoriyalarında nominasiya almaqla 12 nominasiya üzrə aparıcı yer tutub.

1993-cü ildə çəkilmiş "Piano" filminə görə nominasiyada göstərilmiş Kempion ən yaxşı rejissor kateqoriyasında iki dəfə nominasiyaya layiq görülən ilk qadın olub.

Kempionun quruluşçu rejissoru Ari Veqner də ən yaxşı kinematoqrafiya nominasiyasında yer alan ikinci qadın olub.

Denis Villenövün əzəmətli elmi-fantastik dastanı "Dune" 10 nominasiya əldə edib.

Ən yaxşı film nominantları bunlardır: "Belfast"; "The Power of the Dog"; "Dune"; "Drive My Car"; "West Side Story"; "Don't Look Up"; "Licorice Pizza"; "CODA"; "King Richard"; "Nightmare Alley."

Əsasən virtual keçən mükafatlar mövsümü həmişəkindən gec baş verən builki nominasiyalara bəzi gözlənilməzliklər əlavə edilib.
Olimpiadaya yol açmaq üçün Oskar mükafatlandırma mərasimi martın 27-də keçiriləcək və adəti üzrə Dolby Teatrına qayıdacaq.

Ən yaxşı qadın roluna nominantlar bunlardır: Jessica Kastain, "The Eyes of Tammy Faye"; Olivia Kolman, "The Lost Daughter"; Penelope Kruz, "Parallel Mothers"; Nikol Kidman, "Being the Ricardos"; Kristen Stevart, "Spenser".

Ən yaxşı kişi roluna namizədlər bunlardır: Uill Smit, "King Richard"; Havier Bardem, "Being the Ricardos"; Benedikt Kumberbatç, "The Power of the Dog"; Andrü Qarfild, "Tick, Tick ... Boom!" və Denzel Vaşinqton, "The Tragedy of Macbeth.".

Ən yaxşı ikinci plan qadın roluna nominasiya edilənlər: Cessi Bakli, "The Lost Daughter"; Ariana DeBoz, "West Side Story"; Cudi Denç, "Belfast"; Kirsten Dunst, "The Power of the Dog" və Aunjanue Ellis, "King Richard".

Ən yaxşı ikinci plan aktyoru üçün namizədlər bunlardır: Ciarán Hinds, "Belfast"; Troy Kotsur, "CODA"; Kodi Smit-Makfi, "The Power of the Dog"; Cessi Plemons, "The Power of the Dog" və J.K. Simmons, "Being the Ricardos".

Bu arada, kino biznesinin normal ritmi dəyişib, belə ki, studiyalar abunəçiləri cəlb etmək üçün ilin ən böyük filmlərindən bəzilərini striminq xidmətlərinə təqdim edir.

Son iki ayda COVID-19-un omikron variantına yoluxmalar artdıqca, Oskar mövsümünün çox hissəsi də virtual çevrilib. Keçən il pandemiya akademiyanın Los-Ancelesdəki Union Station-da sosial məsafəli bir mərasimdə gecikmiş Oskar mükafatına ev sahibliyi etməsinə səbəb olmuşdu.

Reytinqlər 9,85 milyon izləyici ilə bütün zamanların ən aşağı səviyyəsinə düşüb. Bu il akademiya hələ 2018-ci ildən bəri ilk dəfə aparıcının iştirak edəcəyi istisna olmaqla, öz şousu üçün planlarını tərtib etməyib.

Yaxşı və ya pis, mərasim mükafatlar təqdim edilmədən keçiriləcək.

XS
SM
MD
LG