Accessibility links

Britaniyanın Milli Səhiyyə Xidməti insanların tibbi müayinələri təxirə salmamasını istəyib


Britaniyanın səhiyyə naziri COVID ilə əlaqəsi olmayan xəstəliklərlə bağlı tibbi müayinələrini təxirə salan insanların qayıtmalarını tövsiyə edib.

"Mən onların hamısının geri qayıtmasını istəyirəm. Milli Səhiyyə Xidmətinin onlar üçün açıq olduğunu bilmələrini istəyirəm" - deyə, Sacid Cavid Sky News tele kanalına bildirib.

Cavid deyib ki, Milli Səhiyyə Xidmətinin hesablamalarına görə, səhiyyə işçiləri COVID xəstələri ilə məşğul olduqları üçün 8-lə 9 milyon arasında insandan səhiyyə xidmətlərinə müraciət etməmələri istənilib. Səhiyyə nazirinin dediyinə görə, indi Milli Səhiyyə Xidməti bütün gecikmələrlə məşğul olmağa hazırdır.

O, yeni onlayn xidmətinin xəstələrə gözləmə siyahısında olduqları yerləri görməyə imkan verəcəyini və "COVID-ə görə gecikmələrin aradan qaldırılması üçün" milyardlarla funt sterlinq maliyyə ayrıldığını deyib.

Dünyanın digər ölkələrində gəldikdə, Cənubi Koreyanın səhiyyə rəsmiləri ölkədə COVID-19 infeksiyasına yoluxma hallarının sayının bazar günü bir milyonu keçdiyini bildirib. Rəsmilər həmçinin bazar günü rekord sayda - yeni 38,691 yoluxma halını qeyd edib.

Avstraliya bazar ertəsi sərhədlərini açdığını və fevralın 21-dən etibarən dünyanın hər yerindən peyvənd olunmuş səyahətçiləri qəbul etməyə hazır olduğunu bildirib. "Əgər siz iki peyvənd almısınızsa, sizi yenidən Avstraliyada qarşılamağı səbirsizliklə gözləyirik" - deyə, Baş nazir Skott Morrison bildirib.

Sərhədlərin bağlanması siyasəti ölkənin turizm sektoruna böyük təsir göstərib.

Bazar ertəsi amerikalı fiqurlu konkisürən Vincent Junun COVID testi müsbət çıxıb. Onun çərşənbə axşamı yarışalrda iştirak etməsi planlaşdırılır. O, qısa proqramdan əvvəl yenidən testdən keçəcək və testi müsbət olmaqda davam edərsə, onun yarışa qatılmasına icazə verilməyəcək.

Cons Hopkins Koronavirus Resurs Mərkəzi bazar ertəsi dünya boyu COVID-ə 395 milyondan çox yoluxma, 6 milyona yaxın ölüm halının qeydə alındığını bildirib. Mərkəz COVID-ə qarşı 10 milyarddan çox insana peyvənd tətbiq edildiyini qeyd edib.

XS
SM
MD
LG