Accessibility links

Demokratiya 1918 Hərəkatının üzvü 25 sutka həbs cəzası alıb


Cəlil Zabidov
Cəlil Zabidov

Demokratiya 1918 Hərəkatının Yardımlı rayonunda yaşayan üzvü Cəlil Zabidov 25 sutka həbs edilib.

Bu barədə hərəkatın bəyanatında deyilir.

Məlumata görə, yanvarın 31-də günorta saatlarında yaşadığı Yardımlı rayonundakı kafelərin birində əyləşdiyi zaman saxlanıb, polis şöbəsinə, bir neçə saat sonra isə Yardımlı Rayon Məhkəməsinə aparılıb.

"Cəlil Zabidov məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə 25 sutka inzibati həbs cəzası alıb", bəyanatda bildrilir.

Demokratiya 1918 Hərəkatından Cəlil Zabidovun həbsini siyasi sifariş hesab etdiklərini bildiriblər. Onun sosial şəbəkələrdə ölkə rəhbərliyini sərt tənqid etdiyi deyilir.

Daxili İşlər Nazirliyi və Yardımlı Rayon Məhkəməsindən hələ münasibət almaq mümkün olmayıb.

Lakin rəsmi qurumlar insanların tənqidi mövqelərinə görə həbs və təzyiqə məruz qalmaları iləbağlı şikayətləri, bir qayda olaraq, əsassız sayırlar.

Cəlil Zabidov bundan əvvəl də sosial şəbəkələrdəki çıxışlarına görə həbslərə məruz qalıb. O, 2020-ci ilin mayında Yardımlı rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 221.1-ci maddəsində (xulianlıq) nəzərdə tutulan əməlini törətməsində təqsirli bilinərək 5 ay müddətinə azadlıqdan məhrum olunub.

Cəlil Zabidovun həbsi Yardımlı rayonunda "Korrupsiyaya yox de" internet səhifəsində korrupsiya halları ilə bağlı məlumatları yaymasından sonraya təsadüf edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG