Accessibility links

Təbriz və Urmiyədə işçi mitinqləri


Urmiyə
Urmiyə

Təbrizdə təqaüdçülər və Traktor zavodunun işçiləri, Urmiyədə isə şəhər nəqliyyatının özəl sektor sürücüləri piket keçiriblər.

Traktor zavodunun motor istehsalatı şirkətinin işçiləri şənbə günü işi buraxaraq tətil aksiyası təşkil ediblər.

Yazeco saytının xəbərinə görə, bu şirkətin işçiləri iki ay əvvəl də aksiya keçirmişdilər, ancaq tələblərinin yerinə yetirilmədiyi üçün etirazlarını yenidən nümayiş etdirirlər. İşçilər əmək haqqının daha əvvəl razılaşılmış miqdara artırılmadığına etiraz edirlər.

Təbrizli təqaüdçülər bazar günü yanvarın 30-da Sosial Müdafiə İdarəsinin önündə mitinq keçiriblər. Sosial şəbəkələrdə yayılan bir videoda aksiyaya qatılanların “ləyaqətsiz müdirlər, istefa istefa” şüarını səsləndiriyi görünür. Təqaüdçülər pensiyaların artırılması və maaşların tənzimlənmə layihəsinin tətbiq edilməsini tələb edirlər.

Urmiyədə isə şəhər nəqliyyatının özəl sektor sürücüləri təqribən 3 həftə öncə başlatdıqları tətil aksiyasını davam etdirirlər.

“Şəhərdaxili nəqliyyat qışın soyuğunda iflic vəziyyətdədir. Görünən o ki, şəhər məsulları qış yuxusuna giriblər. Problemi çözmək üçün bir addım atmırlar. Əhalinin düşdüyü ağır vəziyyəti görmürlər,” Rokna xəbər saytı yazıb.

Aksiya keçirən təqribən 300 sürücü Urmiyə Bələdiyyəsi ilə müqavilələrinin uzadılmasını tələb edirlər.

XS
SM
MD
LG