Bayden administrasiyası demək olar ki, bütün qeyri-immiqrasiya vizalarında rüsumların artırılmasını təklif edib.
ABŞ rəsmiləri bu addımın viza qiymətlərini onlara təqdim etmək üçün lazım olan xərclərlə daha yaxşı uyğunlaşdırmaq üçün lazım olduğunu desələr də, tənqidçilər administrasiya viza gözləmə müddətlərinə diqqət yetirməsə, xərclərin artması ilə ABŞ-a gələn səyahətçilərin və tələbələrin daha da az olacağından narahtdır.
Federal Reyestr bildirişinə görə, Dövlət Departamenti yeni qiymətlərin sentyabr ayına qədər qüvvəyə minəcəyini gözləyir və fevralın 28-dək təklif olunan artımlarla bağlı şərhləri qəbul edir.
“Bütün rüsum artımları ABŞ-a turizm və səyahətin onsuz da ən aşağı həddə olduğu və Dövlət Departamentinin bir çox yerlərdə turist və ya biznes üçün səyahət vizalarını altı aydan bir ilə qədər gözləmə müddətini tətbiq etdiyi bir vaxtda baş verir ” - deyə, Cato İnstitutunun immiqrasiya siyasəti üzrə eksperti David Bier Amerikanın Səsinə bildirib.
Dövlət Departamentinin rəqəmləri göstərir ki, ən çox müraciət edilən vizalar turizm, biznes və təhsildir.
Qeyri-immiqrasiya vizası sahibinə turist kimi səyahət etmək və ya müəyyən şərtlər altında ABŞ-da müvəqqəti yaşamaq, işləmək və ya təhsil almaq imkanı verir.
Turizm üçün B1 və B2 və tələbə vizaları F, M, J üçün viza müraciətləri 54% artımla 160 dollardan 245 dollara yüksələcək. Məşğulluğa əsaslanan vizalar H, L, O, P, Q və R 63% artımla 190 dollardan 310 dollara qədər artacaq.
Son illər ABŞ-ın hava limanlarında həm yerli, həm də beynəlxalq səyahət edənlərin sayı azalıb. Nəqliyyat Təhlükəsizliyi Administrasiyasının bildirdiyinə görə, yanvarın 26-dək ümumilikdə 1,1 milyon səyahət edib. 2019-cu ilin eyni tarixində, koronavirus pandemiyasından əvvəl bu rəqəm 2 milyondan çox idi.