Son sutka ərzində Azərbaycanda 4943 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 1581 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah yanvarın 30-da bildirib.
Son gündə infeksiyaya yoluxanların sayı 625 nəfər artıb, dünən yoluxanların sayı 4268 olub.
Ümumilikdə, ölkədə 656 284 nəfərdə COVID-19-a yoluxma faktı aşkarlanıb, onlardan 624 259 nəfər sağalıb, 8 720 nəfər vəfat edib, 23 305 nəfər aktiv xəstədir.
Son sutka ərzində 14 204 koronavirus testi aparılıb.
Azərbaycanda keçən il fevralın 18-dən vaksinasiya başlayıb.
Bu günə peyvəndlərin ümumi sayı 12 000 749 nəfərdir ki, onlardan 5 230 388 nəfər peyvəndin ilk dozasını, 4 742 169 nəfəri iki dozanı, 2 028 192 nəfəri isə gücləndirici doza alıb.
Mütəxəssislər koronavirus xəstələrinin sayının kəskin artmasını omikron ştamının yayılması ilə şərtləndirir.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə 2022-ci il martın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.
Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
2021-ci il iyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.
Bu il yanavrın 24-də koronavirusa yoluxanların karantində qalma müddəti 14 gündən 7 günə endirilib.
Ölkədə 2021-ci il sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.