Accessibility links

Şərqi Azərbaycan valisi Abidin Xürrəm Azərbaycan Respublikasında səfərdədir


General Abidin Xürrəm, Şərqi Azərbaycan vilayətinin valisi
General Abidin Xürrəm, Şərqi Azərbaycan vilayətinin valisi

İranın Şərqi Azərbaycan vilayətinin valisi General Abidin Xürrəm, Yol və Şəhərsalma Naziri Rüstəm Qasımi ilə birlikdə Azərbaycan Respublikasına iki günlük səfərə başlayıb.

Rəsmi dövlət agentliyi İRNA-ya istinadən, Xürrəm və Qasımi “İran və Azərbaycan Respublikası arasında ikitərəfli əlaqələrin inkişafı və xüsusilə iki ölkə ərazisindən bir-birinə ticarət donanmalarının tranzitini asanlaşdırmaq məqsədilə Azərbaycana səfər ediblər.”

Şərqi Azərbaycan valiliyinin ictimaiyyətlə əlaqələr ofisinin bildirdiyinə görə, “nəqliyyat və tranzit sahəsində əməkdaşlığın inkişafı və iki ölkənin ortaq infrastruktur layihələri ilə əlaqədar Azərbaycan Respublikasının rəsmiləri ilə iki tərəfli danışıqlar bu səfərin ən önəmli gündəmidir.”

İRNA-nın xəbərinə görə, İran heyəti prezident Əliyev, Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev, habelə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə görüşəcəklər.

İran heyəti bazar ertəsi günü Bakıda baş nazirin müavini Şahin Mustafayev tərəfindən qarşılanıb.

Abidin Xürrəm və Rüstəm Qasımi hər ikisi İslam İnqilabı Qvardiyasının (Sepah) sabiq komandirlərindən olublar.

XS
SM
MD
LG