İranın Gilan vilayətində türk fəal Məhəmməd Eyni İctimai Təhlükəsizlik və Kəşfiyyat Polisinə çağırılıb.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin yaydığı məlumata görə, milli fəaldan “izahat vermək” üçün Gilan vilayətinin mərkəzi Rəşt şəhərində təhlükəsizlik qurumuna müraciət etməsi tələb olunub.
Məhəmməd Eyni göstərdiyi fəaliyyətlər səbəbilə daha əvvəl də həbs və mühakiməyə məruz qalıb.
Eyni 2020-ci ilin oktyabr ayında Qarabağ müharibəsi zamanı İran Azərbaycanında təşkil olunan aksiyalarla əlaqədar nəzarət altına alınıb və bir müddət sonra mülki zəmanət qarşılığında sərbəst buraxılmışdı.
O daha sonra İnqilab Məhkəməsində “İslam Respublikası nizamına qarşı təbliğat” və “milli təhlükəsizliyi pozmaq yönündə fəaliyyət yürütmək” ittiham ilə mühakimə edilib.