Accessibility links

Təbrizdə bəhayi icmasının üzvü Nigar Nəsiri kəşfiyyat idarəsinə çağırılıb


Nigar Nəsiri (sağda) həyat yoldaşı Sina Şəhri ilə birlikdə
Nigar Nəsiri (sağda) həyat yoldaşı Sina Şəhri ilə birlikdə

Təbrizdə bəhayi icmasına mənsub Nigar Nəsiri kəşfiyyat idarəsinin informasiya qərargahına çağırılıb.

Nigar Nəsiri keçən həftə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən Sina Şəhrinin həyat yoldaşıdır. İnsan haqları üzrə fəaliyyət göstərən “HRA” agentliyinə istinadən, xanım Nəsiri yanvarın 22-də təhlükəsizlik qurumuna çağırılıb.

Kəşfiyyat İdarəsinin məmurları Sina Şəhrini keçən həftə Təbrizdəki evində nəzarət altına alıb. Evdə axtarış aparan məmurlar, onun şəxsi əşyası, o cümlədən bəhayi inancı ilə bağlı kitablarını müsadirə edib.

1979 İslam İnqilabından bəri İran Azərbaycanı və ölkənin digər bölgələrində bəhayi icmasına mənsub vətəndaşlar öz dini ayinlərini həyata keçirdikləri üçün siyasi, iqtisadi və sosial təzyiqlərə məruz qalırlar. İran İslam Respublikasının rəsmiləri və rəsmi xəbər agentlikləri bəhayi incancını “azmışların firqəsi” adlandırırlar.

Hüquq müdafiəçiləri İran Azərbaycanı və ölkənin digər bölgələrində yaşayan qeyri-şiə türklərin həm etnik, həm də dini ayrı-seçkiliyə məruz qaldığını bildirirlər.

XS
SM
MD
LG