Accessibility links

Ərdəbildə jurnalistə 74 zərbə şallaq cəzası tətbiq edilib


Ərdəbil vilayətində şallaq və cərimə cəzasına məhkum olmuş jurnalist Şapur Vüqarın 74 zərbə şallaq cəzasının tətbiq edildiyinə dair məlumat yayılıb.

Günaz TV və AzNews TV-nin saytında yayılan məlumata görə, “Muğanın Ədalət Səsi” qrupunun müdiri Şapur Vüqar “millət vəkilini təhqir etmək” ittihamı ilə şallaq və 10 milyon tümən cərimə cəzasına məhkum edilmişdi.

Jurnalistin Parsabad şəhərinin (Muğan) millət vəkili Abbas Cahangirzadənin şikayəti ilə mühakimə edildiyi bildirilir.

Yayılan məlumata görə, Muğan millət vəkili jurnalistə qarşı başqa bir şikayətlə Parsabad İnqilab Məhkəməsinə müraciət edib.

Yeni şikayətə əsasən, Şapur Vüqarın “böhtan yaymaq” və “rəsmiləri aşağılamaq”-da mühakimə edildiyi və haqqında həbs cəzası istənildiyi bildirilir.

Beynəlxalq insan haqları qurumlarının bildirdiyinə görə, şallaq cəzası çıxaran İran məhkəmələri BMT-nin mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktının 7-ci maddəsini pozur. 7-ci maddəyə görə, “heç kəs işgəncə və ya, qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qalmamalıdır.”

XS
SM
MD
LG