Accessibility links

Mark Behrendt: "Demokratiya inkişaf etdirilməli deyil, onun uğrunda mübarizə aparılmalıdır"


Mark Behrendt: "Demokratiya inkişaf etdirilməli deyil, onun uğrunda mübarizə aparılmalıdır"
please wait

No media source currently available

0:00 0:08:54 0:00

Mark Behrendt: "Demokratiya inkişaf etdirilməli deyil, onun uğrunda mübarizə aparılmalıdır"

Freedom House təşkilatının Avropa və Avrasiya proqramlarının direktoru Mark Behrendt Amerikanın Səsinə müsahibədə dünyadakı demokratik tendensiyaları, ABŞ-ın demokratiyanın təbliği sahəsində əldə etdiyi uğurlarını və Azərbaycandakı demokratiya və insan hüquqları durumunu şərh edib.

Amerikanın Səsi: Dünyadakı ən son demokratik tendensiyalar barədə nə deyə bilərsiniz? Demokratiyalarda artım müşahidə edilirmi? Yaxud 2021-ci ildə azadlıqlar və demokratik prinsiplərdə geriləmə yaşanıbmı?

Mark Behrendt: Təəssüf ki, düşünürəm ki, 2021-ci ildə on beş ildir dünya boyu müşahidə etdiyimiz demokratiyada tənəzzül trendi davam edib. Bir şey aydın olur ki, avtokratlar təkcə hakimiyyətdə qalıb, idarəçiliklə bağlı baxışlarını təşviq etməkdə müvəffəq deyillər, onlar həm də Dünya Müharibəsindən sonra avtokratların gücünü məhdudlaşdırmaq üçün yaranan sistemə meydan oxuyurlar. Bu da hər kəsi narahat etməlidir.

Bir vaxtlar demokratiyaya ideologiya və ya maraqlar səbəbilə meydan oxuyurdular, amma biz indi avtokratların bir araya gələrək, bir-biri ilə koordinasiya etdiklərini və demokratiyaya hər hansı dostluq və ya dövlətlərinin maraqı səbəbindən deyil, hakimiyyədə qalmaq və ya mümkün qədər güclərindən istifadə edərək hakimiyyətlərinə hər hansı məhdudiyyətlərə müqavimət göstərmək üçün meydan oxuduqlarını görürük. Bu isə onların xalqlarının maraqlarına uyğun deyil. Bu hətta adətən onların şəxsi maraqlarına da uyğun olmur. Demokratik ölkələrin avtoritarizmə qarşı çıxmaq üçün istifadə etdiyi bütün alətlər, yəni bu ölkələrin əsas mənafeləri ilə maraqlanmaq işə yaramır, çünki bu liderlər əslində öz xalqlarının mənafelərinə görə hərəkət etmirlər.

Amerikanın Səsi: Prezident Co Baydenin seçki kampaniyası vədlərindən biri də dünya boyu demokratiyaların müdafiəsi uğrunda mübarizəyə yüksək prioritet vermək idi. Bu həftə Baydenin vəzifədəki birinci ildönümü qeyd olunur. O, demokratiyanın beynəlxalq səviyyədə təbliği baxımından hansı uğurlara imza atıb?

Mark Behrendt: Məncə indiki məqamda Birləşmiş Ştatların demokratiya ilə bağlı mövqeyini ortaya qoyub, dünya boyu demokratiya və insan hüquqlarını qorumaq prinsipləri ilə razılaşan müttəfiqləri ilə birlikdə işləməyə çalışmalıdır.

O, Birləşmiş Ştatların tərəfdaşları ilə koalisiya şəklində işləyərək iş birliyi edə biləcəyi başqa demokratiya müdafiəçilərini müəyyən etməyin zəruriliyini anlayır. Demokratiya sammitinin məqsədi də bu idi. Bu çətindir. Sadəcə olaraq demokratiyaya dəstəyini ifadə etməklə kifayətlənmək olmur. Demokratiya inkişaf etdirilməli deyil, onun uğrunda mübarizə aparılmalıdır. Və mən müəyyən mənada son 20 və ya 30 ildə demokratiya və hüquqları dəstəkləyən insanların bunu izah etmək üçün kifayət qədər iş görmədiyini düşünürəm.

Biz bu dəyərləri güclü və açıq şəkildə təbliğ etmək yerinə onların hər kəsin bölüşdüyü ortaq dəyərlər olduğunu fərz etmişik. Dünyanın hər yerindən ağıllı insanlar yaxşı məntiqi arqumentlərə cavab verə bilirlər. Onlar özləri maraqlarının nə olduğunu bilirlər. Onlar azadlıqların onların nə işinə yaradığını bilirlər və onlar hüquqlarını itirməyin, qərarların qəbulu prosesində iştiak etmək imkanını itirməyin təsirini anlayırlar. Biz insanlara hörmətlə yanaşmalı, onlarla bir növ lider deyil, bərabər kimi rəftar etməliyik. Şübhəsiz ki, Birləşmiş Ştatlar son bir neçə ildə heç kəsin kürsüdə dayanıb, özünü başqalarından daha yaxşı olduğunu və demokratik dəyərləri daha çox təmsil etdiyini iddia edə bilmədiyi göstərdi. Bu, insan məsələsidir və biz demokratiya üçün ümumi insan arqumentləri irəli sürməli və Qərb dəyərləri, Avropa dəyərləri və ya başqa birinin dəyərləri barədə danışmağa son qoymalıyıq. Bunlar ümuni insan dəyərləridir. İnsan hüquqları hər kəs üçündür.

Amerikanın Səsi: ABŞ Prezidenti Co Bayden 2021-ci ilin dekabrında Demokratiya Sammiti keçirib. O həmin sammitin məqsədinin dünya demokratiyalarını qurucu prinsiplər qarşısındakı öhdəliklərini yeniləməyə çağırmaq olduğunu bildirib. Sammitə dəvət olunanların əksəriyyəti Freedom House-un 2021-ci il hesabatına əsasən azad ölkələr hesab olunur. Onların bəziləri “qismən azad”, üçü isə “azad olmayan” ölkələr olub. Dəvət olunanların siyahısından hansı nəticələr çıxara bilərik? Avtoktarik rejimləri olan ökələrin bəzilərinin dəvət olunmayıb, bəzilərinin isə dəvət olunmasının səbəbi nədir?

Mark Behrendt: Mən bu qərarları kimin və nə üçün verdiyini bilmirəm. Mən düşünürəm ki, bizim bacardığımız hər yerdə müttəfiq tapmağımız vacibdir. Və belə bir düşüncə var ki, bir ayırıcı xətt var və əgər sən o xəttin səhv tərəfindəsəndə, sən demokratiyaya doğru irəliləyə bilməzsən. İllər boyu, bəlkə də, riyakarcasına özlərinin çox demokratik olduğunu bəyan edən avtoritar rejimlər var idi, amma onlar heç nə etmirdilər. Bu da əlbəttə ki, aramızda bu riyakarlığı görənləri heyrətləndirirdi. Ancaq eyni zamanda mən demokratiya və demokratik idealları dəstəkləyənləri tərcih edərdim, nəinki onları açıq şəkildə rədd edənləri. Ancaq biz son illərdə elə bunun şahidi oluruq. İnsanlar “yox, biz demokratiya istəmirik,” deyirlər. Onlar heç sözdə də demokratiya və insan hüquqlarının qorunmasını istədiklərini demirlər. Bu isə kimisə bəlkə də səmimi olaraq demədiyi sözə görə cavabdeh tutmaqdan daha pisdir.

Amma eyni zamanda ən azından onlarla danışıq aparmaq olur. Və təkcə biz deyil, öz xalqları da onlarla danışıq apara bilər. Bu da bizim 1970-ci illərdə Helsinki aktının bizə öyrətdiyi bir şeydir. O zaman bir çox insan Sovet İttifaqının demokratik hüquqların təbliğində, azlıqların hüquqularını təmin etməkdə maraqlı olduğuna inanmırdı. Bu da Helsinki aktının imzalanması üçün bir işarə idi.

Ancaq bu, Sovet İttifaqındakı fəallara hüquqlarını özlərinin müdafiə etmələri üçün hər cür güc və üstünlük verdi. Onlar dedi ki, “siz bunu beynəlxalq səhnədə söyləyirdiniz, indi də biz sizi buna görə cavabdeh tutacağıq.” Hətta idealların arsız şəkildə sözdə təbliği belə insan hüquqları fəalları və demokratiya müdafiəçilərini, belə desək, silahla təmin edirdi. Biz səsvermə yolu ilə seçilən rəsmiləri hətta dedikləri sözlərə görə belə cavabdeh tutmalıyıq. Biz bunu edə bilərik və etməliyik.

Amerikanın Səsi: Freedom House-a əsasən, Azərbaycan da “azad olmayan” ölkələrdən biridir. Bu baxımdan əsas narahatlıq mənbəyi nədir?

Mark Behrendt: Əlbəttə ki, biz əsas fundamental dəyərləri dəstəkləyirik. Biz toplaşmaq azadlığı, təşkilatların qeyiyyatdan keçmək, azad işləyə bilmək imkanını dəstəkləyirik. Bunların Azərbaycandakı durumu yaxşı deyil.

Bilirsiniz hər yerdə ciddi çatışmazlıqlaq mövcuddur. Hazırda ümid var ki, hökumət təşkilatları tanımağa və onların qeydiyyatdan keçmələrinə icazə verəcək. Məncə bu çox vacibdir. Biz onları buna görə cavabdeh tutmalıyıq. Vətəndaş cəmiyyəti təşkilatlarının işləyə bilməsi üçün mühit olmalıdır. Bu təşkilatlarda işləyən insanlar insan hüquqları müdafiəçiləri ola bilmək üçün bu təşkilatların onlara verdiyi hüquqi təminatlara sahib olmalıdırlar.

Amerikanın Səsi: ABŞ dünya qüdrəti olaraq Azərbaycan kimi ölkələrdə demokratiyanın inkişafı üçün hansı təsirli addımlar ata bilər?

Mark Behrendt: İlk növbədə biz öz ölkəmizdəki vəziyyəti düzəltməliyik. Biz öz cəmiyyətimizdəki demokratik çatışmazlıqları və onları düzəltməyin yaxşı yollarını müəyyən etməliyik. Biz dünyada demokratiyanı inkişaf etdirmək üçün tətbiq etdiyimiz yanaşmanı özümüzə də tətbiq etməliyik. Məncə bu ilk addımdır. Daha da yaxşı olardı ki, Birləşmiş Ştatlarda demokratiyanı təbliğ edən edən insanların bunu demokratiyanı inkişaf etdirib, hüquqları qorumağa çalışan tərəfdaşları ilə birlikdə işləyərək, onarın perspektivindən etsin, nəinki məsələyə hər hansı qeyri-legitim səbəbdən daha yaxçı hakim olan bir qrup təbliğatçı kimi. Məncə bunu etsək daha yaxşı olar.

Amma mən düşünmürəm ki, bizim öz problemlərimizin olması (bu problemlər həmişə olub və olmağa davam edəcək, ona görə ki, bu, demokratiyanın təbiətindədir) bizi başqa bir yerdə bizimlə işləmək istəyən insanlarla birlikdə demorkatiyanı inkişaf etdirməyə çalışan oyunçu kimi daha az legitim edir. Məncə biz səmimi olmalıyıq və mən insanların səmimiliyə hörmət etdiyini və bizim yaxşı tərəfdaşlıqlar quracağımızı düşünürəm.

XS
SM
MD
LG