Accessibility links

Təbrizdə bir bəhayi vətəndaş həbs edilib


Sina Şəhri
Sina Şəhri

Hüquq müdafiəçiləri İranın müxtəlif bölgələrində bəhayi vətəndaşlara qarşı basqıların artdığına dair məlumat yayırlar. HRA agentliyinin bildirdiyinə görə, bəhayi türk icmasına mənsub Sina Şəhri bir neçə gün əvvəl Təbrizdə İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin xəbərinə əsasən, Kəşfiyyat İdarəsinin məmurları Sina Şəhrini evində nəzarət altına alıblar. Məmurlar Şəhrinin evində axtarış aparıb, onun şəxsi əşyası, o cümlədən bəhayi inancı ilə bağlı kitablarını müsadirə ediblər.

Agentlik Şəhrinin hansı səbəblərə görə və harada saxlanıldığı ilə bağlı məlumat verilmədiyini bildirib.

1979 İslam İnqilabından bəri İran Azərbaycanı və ölkənin digər bölgələrində bəhayi icmasına mənsub vətəndaşlar öz dini ayinlərini həyata keçirdikləri üçün siyasi, iqtisadi və sosial təzyiqlərə məruz qalırlar. İran İslam Respublikasının rəsmiləri və rəsmi xəbər agentlikləri bəhayi incancını “azmışların firqəsi” adlandırırlar.

İslam Respublikasının təhlükəsizlik qurumları xüsusilə Şərqi və Qərbi Azərbaycan, Həmədan və Qəzvin vilayətlərində bəhayi türklərinə fərdi və kollektiv şəkildə təqib edirlər.

Hüquq müdafiəçiləri İran Azərbaycanı və ölkənin digər bölgələrində yaşayan qeyri-şiə türklərin həm etnik, həm də dini ayrı-seçkiliyə məruz qaldığını bildirirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG