Accessibility links

Cavad Rəhməti: Təbrizdə elektrik istehsalı böhranlı vəziyyətdədir


Cavad Rəhməti
Cavad Rəhməti

Şərqi Azərbaycan valisinin inşaat işləri üzrə müavini Cavad Rəhməti Təbrizin enerji böhranı ilə üz-üzə gəldiyini bildirib.

Fars xəbər agentliyinin yaydığı məlumata görə, Rəhməti Təbriz Şəhər Şurasının fövqəladə plenar iclasında vilayətdə elektrik istehsalı üçün yavaş addımlar atıldığını bildirərək deyib ki, bu neçə ildə təkcə maksimum gücü 509 meqavat olan Heris elektrik stansiyası tikilib və onun ikinci fazası isə hələ işə salınmayıb.

Ölkənin beş vilayətində işlədiyini söyləyən rəsmi, Təbrizdə stansiyaların gücünün artırılmasının yavaş olduğunu bildirib. "Vilayətdə enerji istehsalında böhranla qarşı-qarşıyayıq, istehsal və istehlak miqdarı baş-başadır" - deyə, rəsmi əlavə edib.

Cavad Rəhməti həmçinin Təbriz elektrik stansiyasının mazut istehlak etməsi haqda məlumat verib. O deyib ki, "hər il noyabr ayından təcili enerji istehlakı başlar ikən bu il sentyabr ayından başladı."

Nasrnews yerli xəbər agentliyində dərc olunan məlumata görə, Cavad Rəhməti vilayətin qaz ehtiyacının İran-Türkiyə qaz kəmərindən təmin edildiyini söyləyib. Rəsminin dediyinə görə, hazırkı şəraitdə yeni stansiya tikmək mümkün deyil və İran-Türkiyə qaz kəmərindən vilayətin qaz kvotasını artırmaqla vilayətin enerji vəziyyəti yaxşılaşa bilər.

O, sabiq dövlətlərin nazirlər kabinetində iki türkdilli nazir olduğuna baxmayaraq, Azərbaycan üçün enerji sahəsində bir addım atılmadığını da qeyd edib və illər boyunca vilayətdə enerji sahəsində aparılan yanlış siyasətləri tənqid edib.

Şərqi Azərbaycan valiliyinin inşaat işləri üzrə müavini vilayətin bu vəziyyətdən çıxışı üçün Kürdüstan vilayətindən Qərbi Azərbaycana qaz kəməri layihəsinə toxunaraq, bu şəkildə Şərqi Azərbaycan vilayətinin qaz kvotasının artırılması fikrini irəli sürüb. O həmçinin Süngün Mis Şirkəti tərəfindən maliyyələşdirilməsi gözlənilən stansiyanın tikilməsini vilayətin enerji böhranını həll edə biləcəyini bildirib.

Son aylarda Təbriz elektrik stansiyasının keçən illərə görə daha erkən mazut istehlak etməsi nəticəsində Təbrizdə havanın çirklənməsi kritik səviyyəyə çataraq, vətəndaşlar və bəzi rəsmilər tərəfindən tənqidlə qarşılanıb.

Son günlərdə dövlətin rəsmi xəbər agentliyi İRNA-da yayılan məlumata görə, Təbriz elektrik stansiyasının qaz kvotası verilib. Cavad Rəhməti bu xəbərə toxunaraq bunun davam edəcəyinə ümid etdiyini deyərək, Təbriz metro layihəsinin gecikməsi, stansiyanın yanlış yerə yerləşdirilməsi, şəhər nəqliyyat vasitələrinin yenilənməməsinin Təbrizdə havanın çirklənməsinin əsas səbəblərdəndir.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG