Accessibility links

Kəşmirdə hindu mədəbində yaranan basırıq nəticəsində 12 nəfər ölüb


Rəsmilərin bildirdiyinə görə Hindistanın nəzarət etdiyi Kəşmirdə Yeni İl günündə məşhur hindu məbədində basırıq nəticəsində azı 12 nəfər ölüb, 13 nəfər yaralanıb.

Şənbə günü Mata Vaişnav Devi məbədində baş verən basırıqla bağlı istintaq başladılıb.

Adının Maheş olduğunu bildirən bir dindar deyib ki, basırıq zəvvarların məbədə giriş-çıxış qapılarından birinin yanında yaranıb.

“Qapılardan birinin yanında nə isə baş verdi və mən insanların altında qaldıb. Mən boğulurdum, yıxıldım və sonra necəsə ayağa qalxa bildim,” o deyib. “Mən insanların cəsədlərin üzərində hərəkət etdiklərini gördüm. Bu çox pis görüntü idi, amma mən bəzi yaralılara kömək edə bildim,” o deyib.

Priyanş adlı bir digər insan 10 nəfər dostu ilə birlikdə cümə günü Yeni Dehlidən mədəbi ziyarət etmək üçün gəldiklərini və iki dostunun insidentdə öldüyünü bildirib.

“Mən heç vaxt belə bir şey görməmişdim,” o deyib.

Hindistanın Baş naziri Narendra Modi Twitter-də paylaşdığı mesajında başsağlığını çatdırıb.

“Mən basırıq nəticəsində həyatların itirildiyinə görə çox kədərliyəm,” Modi yazıb.

Zəvvarlar adətən təpənin üzərində yerləşən və Hindistanın şimalında ən çox ziyarət olunan məbədlərdən biri olan bu məbədə piyada çıxırlar.

Hindistanda dini festivallarda tələfatlı basırıqlar tez-tez yaranır, çünki bəzən milyonlarla insanın olduğu böyük izdihamlar çox kiçik ərazilərə toplaşırlar.

2013-ci ildə məşhur hindu festivalı zamanı Hindistanın mərkəzində Madhya Pradeş ştatında bir məbədi ziyarət edən zəvvarlar körpünün aşmasından qorxaraq basırıq yaratmışdılar və nəticədə 115 nəfər əzilərək və ya çaya düşərək ölmüşdü.

2011-ci ildə isə Hindistanın cənub Kerala ştatında dini festivalda 100-dən çox hindu yaranan basırıq nəticəsində həyatını itirib.

XS
SM
MD
LG