Accessibility links

Şərqi Azərbaycan rəsmisi: “Əhali işsizlikdən Tehrana və digər vilayətlərə köçüb”


Cavad Rəhməti
Cavad Rəhməti

İranın Şərqi Azərbaycan valiliyinin rəsmisi vilayətdən miqrasiyanın 90 faizinin işsizlik səbəbilə baş tutduğunu bildirib.

Nasrnews yerli xəbər agentliyində dərc olunan məlumata görə, Şərqi Azərbaycan valisinin inşaat işləri üzrə müavini Cavad Rəhməti vilayətin Planlaşdırma və İnkişaf Şurasının iclasında vilayətin inkişaf göstəricilərinin aşağı düşməsi haqda məlumat verib. O, vilayətdə işsizlik nisbətinin az olduğunu bildirsə də, bunun səbəbi kimi vəlayətdən digər bölgələrə çox sayda miqrasiyanın olmasını göstərib. Rəhməti vilayətdən köçən vətəndaşların sayının yüksək olmasını vilayətin inkişaf göstəricilərinin aşağı düşməsinin əsas səbəbi olaraq dəyərləndirib.

Rəhməti deyib ki, "işsizlik səviyyəsinin aşağı olmasından danışanda bu, çox yaxşı göstəricilərimizin olması demək deyil. Bu o deməkdir ki, vilayətin işçi qüvvəsi uyğun iş şəraiti olmadığı üçün Tehrana və digər vilayətlərə köçüb".

Şərqi Azərbaycan valiliyinin rəsmisi əhalinin 90 faizinin başqa şəhərlər və vilayətlərə köçməsinin səbəbinin işsizlik olduğunu deyib.

“Azərbaycanlılar əxlaq baxımından belədirlər və işsizliyə dözmürlər. İsfahan vilayətinin statistikasına diqqət yetirdikdə, bu vilayətin quraqlıq bölgədə yerləşməsinə və infrastrukturunun və resurslarının əhalinin qəbulu üçün məhdud olmasına baxmayaraq, bu vilayətin inkişaf etdiyini və həmçinin əhalinin artdığını görürük ve bunun da bir səbəbi İsfahana olan miqrasiyadır,”-deyə o əlavə edib.

Şərqi Azərbaycan vilayətinin rəsmisi investorların digər vilayətlərə sərmayə qoyduqlarını, ancaq Şərqi Azərbaycan vilayətinin onlar üçün cəlbedici olmadığını bildirib.

XS
SM
MD
LG