Accessibility links

Urmiyə həbsxanasında siyasi məhbuslar birgə aclıq aksiyasına davam edir


Urmiyə həbsxanasında saxlanılan çox sayda siyasi məhbus təqribən 10 gün əvvəl başlatdıqları aclıq aksiyasını davam etdirirlər.

İnsan haqları üzrə fəaliyyət göstərən “HRA” agentliyinə istinadən, Urmiyə həbsxanasının siyasi məhbusları dekabrın 21-dən birgə aclıq aksiyasına başlayıblar.

“Həbsxana məsulları bir müddət əvvəl siyasi məhbusların daha kiçik, habelə yüksək təhlükəsizlik şəraiti olan yeni hazırlanmış bir bölməyə köçürüləcəklərini bildiriblər. Siyasi məhbuslar aclıq aksiyası keçirərək bu qərarın ləğv edilməsini tələb edirlər,” HRA agentliyi bildirib.

Aclıq edən məhbuslardan biri Hamid Qaraoğlaninin bacısı öz Twitter səhifəsində aksiyaya qatılan məhbuslarının bir çoxunun səhhətinin ağır vəziyyətdə olduğuna dair məlumat paylaşıb.

Haniyə Qaraoğlani yazıb ki, “aclıq edən məhbusların əksəriyyəti halsız olub və yeriyə bilmədikləri üçün klinika çalışanları özləri bölməyə gediblər. Bəzi məhbuslarda kəskin qan azlığı müşahidə olunub. Aclıq edən məhbuslardan dördü ağır xroniki xəstəliklərdən əziyyət çəkir.”

XS
SM
MD
LG