Accessibility links

Azərbaycan Ali Məhkəməsinin Plenumu NİDA-çılardan bəzilərinə bəraət verib


Azərbaycan Ali Məhkəməsinin Plenumu “NİDA”-çıların işi üzrə məhkum olunmuş şəxslərdən 4 nəfərə bəraət verilməsi barədə qərar çıxarıb.

Bu barədə vəkil Əsabəli Mustafayev məlumat verib.

Vəkil qərarın Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli və Zaur Qurbanlı ilə bağlı olduğunu deyib

Onun sözlərinə görə qərara əsasən onlara ümumilikdə 188 000 manat məbləqində kompensasiya ödənilməlidir.

"Proses yazılı qaydada, yəni tərəflərin iştirakı olmadan keçirilib".

Vəkil hesab edir ki, bu qərar ölkədə hüquq sistemində dəyişikliklərin dərinləşməsinə ümid yaradır:

“Məlumdur ki, Avropa Şurasının Nazirlər Komitəsi bu maddənin pozuntusu olan işləri xüsusi diqqətdə saxlayır və onun icrasını müntəzəm olaraq müvafiq dövlətdən tələb edir. Alqışlanacaq haldır ki, bu dəfə Hökümət Avropa Şurası ilə uzun müddətli çəkişməyə girişmədən bu işə baxdı. Hesab edirəm ki, bu qərar ölkədə hüquq sistemində dəyişikliklərin dərinləşməsinə ümüd yaradır. Həmçinin ümüd edirəm ki, yaxın zamanlarda Konvensiyanın 18-ci maddəsinin(Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri), habelə 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüquqi) pozuntusu tanınmış digər qərarlara baxılaraq, belə ədalətli qərarlar qəbul olunacaq.

(Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri), habelə 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüquqi) digər qərarlara baxılaraq, belə ədalətli qərarlar qəbul olunacaq.

Azərbaycan Ali Məhkəməsinin Plenumunun bu qərarı ilə bağlı adıçəkilən şəxslərdən hələlik şərh almaq mümkün olmayıb.

Xatırlatma

2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə NİDA Vətəndaş Hərəkatı fəalları Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8, Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə), 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddələri ilə ittiham olunub.

Fəallar prezident sərəncamı ilə 2016-cı ildə əfv olunub. Bu gənclər onlara verilən ittiham üzrə özlərini günahkar bilməyib. Hesab edirlər ki, bu hökm onların siyasi və ictimai fəalliyətlərinə görə olub.

Amnesty İnternational bu fəalları “vicdan məhbusu” kimi tanıyıb.

Avropa İnsan Hüquqları Məhkəməsi bu ilin fevralın 18-də Azərbaycandan göndərilən 3 şikayət üzrə qərarlarını elan edib.

Bu barədə Amerikanın Səsinə hüquqşünas Xalid Ağaliyev bildirib.

Ağaliyevin Amerikanın Səsinə verdiyi məlumata görə, Məmməd Əzizov və Şahin Novruzlu Azərbaycana qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi iddia olunan pozuntuları tanıyıb.

Məhkəmə hesab edib ki, onlara münasibətdə Konvensiyanın 5-ci (azadlıq və toxunulmazlıq hüququ) və 18-ci maddəsinin pozuntusuna yol verilib. Azərbaycan hökuməti ərizəçilərə ümumilikdə 43 min 500 avro təzminat ödəməlidir.

Məmməd Əzizov – 20 min avro mənəvi zərər əvəzi, 1500 avro xərc və məsrəflərə görə; Şahin Novruzlu – 20 min avro mənəvi zərər əvəzi, 2000 avro xərc və məsrəflərə görə;

Əzizov və Novruzlu Azərbaycana qarşı işi məhkəməyə qədər həbsin və həmin həbs müddətinin uzadılmasının qanunsuz olması iddiaları ilə bağlıdır. Ərizəçilər bu işdə Konvensiyanın 5-ci və 18-ci maddəsi ilə qorunan hüquqlarına müdaxilə olunduğunu iddia edir.

Bundan əvvəl isə Avropa İnsan Hüquqları məhkəməsi keçmiş siyasi məhbuslar, NİDA VH-nın İdarə heyətinin keçmiş üzvləri barəsində qərarını elan edib. Rəşad Həsənov, Zaur Qurbanlı, Üzeyir Məmmədli və Rəşadət Axundovla bağlı qərarını açıqlayıb.

Məhkəmə adı çəkilən şəxslərin Avropa İnsan Hüquqları Konvensiyasının 5.1 (şəxsi azadlıq hüququ) və 18 (siyasi məqsədlərə görə hüquqların məhdudlaşdırılması) maddələrinin pozuntusunu tanıyıb.

Hər birinə mənəvi zərərə görə 20 000 avro, məhkəmə məsrəflərinə görə 3000-5000 avro kompensasiya ödənilməsinə dair qərar verilib.

Bu qərar ictimai fəalların 2013-cü il zamanı barələrində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı verilib.

XS
SM
MD
LG