Accessibility links

ABŞ-da əfqan qaçqınlara yardımlar edilir


ABŞ-da əfqan qaçqınlara yardımlar edilir
please wait

No media source currently available

0:00 0:03:34 0:00

ABŞ-da əfqan qaçqınlara yardımlar edilir

Son bir neçə həftə ərzində ABŞ vətəndaşları və əfqan qaçqınlar da daxil olmaqla, Birləşmiş Ştatlar Əfqanıstandan 80 mindən çox insanı təxliyə edib. Əfqanıstandan gələnlərin Amerikaya köçməsinə kömək etmək üçün Fatima Popal Vaşinqtonda yerləşən restoranında ianə toplamağa başlayıb.

Paytaxt Vaşinqtondakı Lapis adlı restoranın sahibləri son bir neçə həftəni ABŞ-a təxliyə edilən əfqan qaçqınları üçün ianə toplamaqla keçirib.
Şərab rəflərində geyim və şəxsi gigiyena vasitələrindən tutmuş yemək qablarına və təmizlik ləvazimatlarına qədər yüzlərlə qutu var.

Bu müvəqqəti yardım mərkəzinin arxasında duran bir çox restoranlar sahibi Fatima Popaldır. O, qaçqınlara kömək etmək istəməyin digər səbəblərlə yanaşı, şəxsi tarixcəsindən də qaynaqlandığını deyir.

"Biz də Əfqanıstanda fərqli bir müharibə dövründən qaçqınıq. Beləliklə, bu qaçqınların çoxunun nə hiss etdiyini başa düşürük. Əlbəttə ki, dövrümüz bir az fərqli idi - Taliban rejimi deyildi – deyə, Fatimə Popal bildirib.

Popal ailəsi Əfqanıstanı 1980-ci illərdə, Fatimə cəmi altı aylıq olanda tərk edib. Onlar 1987-ci ildən ABŞ-da yaşayır və bu gün ABŞ-ın paytaxtında üç restorana sahibdirlər. O, yardım mərkəzi ilə bağlı xəbəri sosial şəbəkələrdə yaymaq qərarına gəlib və buna çoxsaylı minnətdarlıq cavabları verilib.

"Həm qardaşım, həm də mən yalnız yardım etmək deyil, həm də kömək etmək və vaxtlarını bizim üçün könüllü olaraq sərf etmək istəyən insanların kömək etmək istəməsini sosial mediada səs-küylü şəkildə bildirməsi ilə oyandıq. Cəmiyyətin necə bir araya gəldiyini, hər kəsin necə yardım etmək istədiyini görmək çox gözəl idi" – deyə, Fatimə Popal bildirib.

İanələri qəbul etmək, onları sıralamaq, yük maşınlarını lazımi əşyalarla doldurmaq və sonra yenidən bunları etmək - Popal və onlarla könüllü bunu o vaxtdan bəri edir.

Vaşinqtonda bir çox iş sahibi əfqanıstanlı qaçqınlar üçün həm kiçik yerli müəssisələr, həm də Airbnb kimi nəhənglər, 20 min əfqanıstanlı qaçqının dünyanın hər yerində pulsuz yaşayışla təmin etməyi vəd edir.

ABŞ-da saysız-hesabsız xeyriyyə təşkilatları da kömək üçün könüllü olublar. Virciniyada yerləşən Katolik Xeyriyyə Təşkilatları bunlardan biridir.

"Burada əlimizdə olan birgünlük ianədir. Amazon sürücüləri, yük bağışladıqdan sonra onları yük maşınından düşürdülər" - deyə, Arlington Katolik Xeyriyyə Təşkilatından Emili Vud bildirib.

Virciniya ştatının Arlinqton şəhərindəki Katolik Xeyriyyə Təşkilatının baş direktoru Stefen Karattini əfqan qaçqınların sayının sürətlə artdığını qeyd edir.

"Düşünürəm ki, önümüzdəki bir neçə ay və hətta illər ərzində rəqəmlər artmaqda davam edəcək. Bu ölkəyə gəldikdə, ümumiyyətlə gördükləri ilk simalar bizik - onları hava limanında qarşılayırıq. Bundan sonra işlər çox tez baş verir. Prioritet bu insanlara mənzil tapmağa kömək etmək, daimi mənzil tapmaq və sonra da iş axtarmağa başlamaqdır" - deyə, o bildirib.

Könüllülər fiziki yardımla yanaşı psixoloji yardımı da unutmur. Qaçqınlarla əlaqə saxlayır, məsləhət verir, sakitləşməyə kömək edir.

Fatima Popal deyir ki, heç kim öz ölkəsini belə tərk etmək istəmir. Ancaq o əlavə edir ki, digərlərinin ən azı edəcəyi şey qaçqınların ABŞ-da ikinci bir ev tapmasına kömək etməkdir.

XS
SM
MD
LG