Accessibility links

Ulduz Qasımi müvəqqəti azadlığa buraxılıb


Ulduz Qasımi
Ulduz Qasımi

İyulun 24-də Təbrizdə su qıtlığına qarşı və ərəb icmasına dəstək olaraq keçirilən etiraz aksiyası ilə əlaqədar saxlanılan türk fəal Ulduz Qasımi müvəqqəti olaraq sərbəst buraxılıb.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, Qasımi çərşənbə günü 100 milyon tümənlik mülki zəmanət qarşılığında Təbrizin mərkəzi həbsxanasından azad edilib. Onun mühakimə prosesi Təbriz məhkəməsində davam edəcək.

Keçən günlərdə su qıtlığına qarşı keçirilən aksiyalar və etiraza çağırış fəaliyyətləri ilə əlaqədar nəzarət altına alınan bəzi vətəndaşlar mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Saxlanılanlardan Pərviz Siyabi Gürcani, Nadir Sadıqiyan, Yusuf Sələhşur, Məhəmməd Mərdi, Şahin Bərzgər, Əmir Səttari, Vəhid Əbhəri, Muctaba Abduli və Şəhruz Bərzgərin vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur. Onların əksəriyyətinə ailələri ilə təmas qurmaq imkanı verilməyib.

Təqribən 2 həftədir İranın ərəb icmasının sıx yaşadığı Əhvaz bölgəsində su qıtlığına qarşı baş qaldıran kütləvi aksiyalarda bir çox etirazçının öldürüldüyü bildirilir. Türk fəallar keçən həftədən bəri İran Azərbaycanının müxtəlif şəhərlərində çağırış vərəqələri paylayaraq əhalini şənbə günü iyulun 24-də ərəb icmasına dəstək etirazlarına qatılmağa çağırmışdılar. İran polisi və hərbi qüvvələri şənbə günü Təbriz, Urmiyə və Ərdəbil kimi şəhərlərdə etirazları əngəlləmək üçün əsas küçələri qapatmışdı.

Təbrizdə baş tutan həmin etiraz aksiyalarında etirazçılar “azadlıq, ədalət, milli hökümət”, “Azərbaycan, Əl-Əhvaz, ittihad ittihad” və “haray haray mən türkəm” kimi şüarlar səsləndiriblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG