Accessibility links

İşçilər Urmiyə bələdiyyəsinin önündə piket keçirib


Urmiyədə təbii qaz (CNG) yanacaqdoldurma məntəqələrinin işçiləri iyul ayının 27-də bələdiyyə binasının önündə piket keçirib.

İLNA xəbər agentliyinin (Iranian Labour News Agency) məlumatına görə, işçilər bələdiyyənin yanacaqdoldurma məntəqələrinin qapadılması və tələblərinin ödənilməməsinə etiraz edirlər.

Piket keçirən işçilərin 5 aylıq maaş və digər hüquqları ödənilməyib.

İşçilərin nümayəndəsi agentliyə müsahibədə deyib ki, “yanacaqdoldurma məntəqələrinin işçiləri əmək qanununa uyğun hüquqlara malik deyillər. Onlar günlük 12 saat iş üçün aylıq bir milyon yarım tümən (təxminən 60 dollar) maaş alırlar. Bunlar tətil günlərində də çalışır və ayda 70 saat iş vaxtından artıq çalışmağa məcburdurlar."

“Bələdiyyə başqanı bizim etirazımıza baxmaq yerinə qapıları üzümüzə bağlayıb. Tələblərimizə əhəmiyyət vermir,” aksiya keçirən işçilərin nümayəndəsi söyləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG