Accessibility links

Təbrizdə etiraz aksiyası baş tutub


İyulun 24-də yerli vaxtla axşam saat 7 radələrində Təbriz şəhərində hökumətə qarşı etiraz aksiyası keçirilib.

Sosial mediada yayımlanan videogörüntülərdə etirazçıların toplaşdığı məkanlara polis qüvvələrinin hücumu nəticəsində xalq və polis qüvvələri arasında toqquşmanın baş verdiyi görülür.

Təbrizdə aksiya keçirilib
Təbrizdə aksiya keçirilib

Daha öncə azərbaycanlı təşkilat və partiyalar İran Azərbaycanında Xuzistanda bir həftədən çoxdur davam edən etirazlara dəstək üçün etiraz mitinqi keçirməyə çağırmışdılar. Həmin çağırışda insanlar iyulun 24-də Təbriz vaxtı ilə saat 6-da müxtəlif şəhərlərdə, xüsusilə də Təbrizdə, etiraz aksiyası keçirməyə dəvət olunmuşdu.

Azərbaycanlı fəalların sosial mediada yaydığı fotolar və videolarda polis və təhlükəsizlik qüvvələrinin müəyyən edilmiş məkanlarda mitinq başlamadan bir neçə saat öncədən toplaşdığı müşahidə edilib. Müşahidəçilər Təbriz və Azərbaycan vilayətlərinin digər şəhərlərində polis qüvvələrinin nadir bir şəkildə çox saylı olduğunu deyirlər.

Mitinq saatından əvvəl çox sayda polis qüvvəsi şəhərdə yerləşdirilib
Mitinq saatından əvvəl çox sayda polis qüvvəsi şəhərdə yerləşdirilib

İran Azərbaycanının digər vilayətləri və şəhərlərində vətəndaşların toplaşmasına icazə verilməyib. Urmiyədə motosiklet sürən polis qüvvələrinin xalqın üzərinə getdiyi və dərhal insanları dağıtdığı bildirilir.

Təbrizdə mitinqdə iştirak edən xalq Xuzistanda ərəb vətəndaşlara dəstək xarakterli şüarlar, o cümlədən "Azərbaycan Əl-Əhvaz, ittihad ittihad" və "Azərbaycan oyaqdır, Xuzistana dayaqdır" şüarları səsləndirilib.

Həmçinin videogörüntülərdə mitinqlərdə "Azadlıq, ədalət, milli hökumət", "Azərbaycan milləti çəkəməz bu zilləti", "Nə şahçıyam, nə şeyxçi, millətçiyəm millətçi" kimi şüarların səsləndirildiyi müşahidə edilir.

Ulduz Qasimi
Ulduz Qasimi

Təbrizdə keçirilən etiraz aksiyasında bəzi vətəndaşların təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı söylənir. HRA xəbər agentliyi Ulduz Qasimi və Səməd Ladvəndi adlı iki Təbriz sakininin həbs edildiyini bilirib. Təbrizdə keçirilən aksiyalarda həbs edilən vətəndaşlarının sayının çoxala biləcəyi ehtimal olunur.

XS
SM
MD
LG