Accessibility links

İranın yeni prezidenti Co Baydenlə görüşməyəcəyini deyir


İranın yeni prezidenti Co Baydenlə görüşməyəcəyini deyir
please wait

No media source currently available

0:00 0:02:49 0:00

İranın yeni prezidenti Co Baydenlə görüşməyəcəyini deyir

İran ölkənin ali dini liderinə sadiq olan və ABŞ Prezidenti Co Baydenlə görüşməyəcəyini söyləyən sərt xərt tərəfdarı prezident seçib. İbrahim Rəisi 2015-ci il nüvə razılığı ilə bağlı danışıqların canlandırılmasında böyük rol oynaya bilər, amma Bayden administrasiyası bildirir ki, qərarları İranın ali ruhanisi verir.

Bu, İranın yeni seçilmiş prezidenti İbrahim Rəisidir. Ultramühafizəkar olan Rəisi İranda seçici fəallığının rekord səviyyədə aşağı olduğu seçkidə böyük səs fərqi ilə qalib gəlib. Onun ABŞ Prezidenti Co Baydenlə görüşmək istəyib-istəmədiyinə dair suala cavabı bu olub:

“Xeyr”

Bu isə Ağ Evin mətbuat katibi Cen Psakini təəccübləndirməyib.

“Bizim düşüncəmiz odur ki, orada qərar verən insan var ki, o dəyişməyib. Və o da ali ruhanidir,” Cen Psaki deyib.

Birləşmiş Ştatlar və beş digər ölkə 2015-ci il İran nüvə razılığının yeni şərtləri ilə bağlı danışıqlar aparırlar, ancaq Rəisi deyir ki, İranın nüvə proqramı “müzakirə obyekti deyil.” O həmçinin ABŞ-I vədlərini yerinə yetirməməkdə günahlandırır.

“Siz sanksiyaları qaldırmalı idiniz, amma etmədiniz. Geri gəlin və öhdəliyinizi yerinə yetirin. Avropalılara isə demək istəyirəm ki, onlar Amerikanın siyasətinin təzyiqinə məruz qalmamalıdırlar,” Rəisi söyləyib.

Psaki bunu siyasi səs-küy adlandırır və deyir ki, sabiq prezident Trampın administrasiyasının tətbiq etdiyi sanksiyalar beynəlxalq razılığı canlandırmaq üçün aparılan müzakirələrin bir hissəsidir.

“Biz bu danışıqların daha öncəki raudlarında da gördüyümüz kimi, şübhəsiz başa düşürük ki, ölkədaxili siyasi ethiyacları qarşılamaq üçün müxtəlif ritorikalar olacaq. Biz bunu anlayırıq, amma burada diqqət bizim davam etdirmək istədiyimiz danışıqlara yönəlib,” o deyib.

Rəisinin özünə 1988-ci ildə minlərlə siyasi məhbusun edamında şübhəli şəxs kimi ABŞ sanksiyaları tətbiq olunub. Lakin o, mətbuat konfransında özünü “insan haqları müdafiəçisi” adlandırıb. Keçmiş məhbus İrac Mesdagi deyir ki, yeni prezident “ölüm panelləri”nə səbəb olmuşdu.

“O, edam komissiyasının digər üzvləri ilə müqayisədə daha aktiv rol oynamışdı,” Mesdagi deyir.

Amerikanın Səsi Psakiyə prezident seçilən Rəisi və onun ölkəsinə tətbiq olunan sanksiyalar barədə sual ünvanlayıb.

“Əlbəttə ki, yeni prezident nəzarəti altında baş verən insan haqları pozuntutlarına görə cavabdeh olacaq. Biz bundan sonra İran hökumətini, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bütün siyasi məhbusları sərbəst buraxmağa, bütün iranlarıların insan haqlarını və fundamental azadlıqlarını yaxşılaşdırmağa çağırırıq,” deyə, Psaki cavab verib.

Rəisi İranın ali dini lideri Ayətullah Əli Xameneinin tələbəsdir. Müşahidəçilər onun ölkəni tək başına idarə etməyəcəyini və gələcəkdə onu böyük çətinliklərin gözlədiyini təxmin edir.

“Prezidentlik onun imkanları daxilində deyil. O, İranın iqtisadi böhranını və ya İran razılığı kimi, çox mürəkkəb və çətin, bəlkə də qeyri-mümkün məsələləri həll etmək iqtidarında deyil,” Stokholmda fəaliyyət göstərən iranlı jurnalist Fərzanə Rustai bildirir.

Altı dünya qüdrətinin nüvə razılığını müzakirə etmək üçün bir daha nə zaman bir araya gələcəyi müəyyən deyil. ABŞ-ın milli təhlükəsizlik müşaviri isə deyir ki, bəzi əsas məsələlərlə bağlı böyük fikir ayrılıqları davam edir.

XS
SM
MD
LG