Accessibility links

İranda prezident seçkilərinə namizədlərin qeydiyyatı başlanıb


Tehranın dünya qüdrətləri ilə dayandırılmış nüvə anlaşması ilə əlaqədar qeyri-müəyyənlik yaşandığı və Qərblə gərginliyin yüksək olduğu bir vaxt İran mayın 11-də ölkənin iyunda keçiriləcək prezident seçkilərində potensial namizədləri qeydiyyatdan keçirməyə başlayıb.

Prezident Həsən Ruhani müddət məhdudiyyəti səbəbindən yenidən namizədliyini irəli sürə bilməz, ancaq sorğular göstərib ki, seçkilərə bir ay qaldığı bir vaxt şayiələrdə adları keçən bir çox namizəd arasında favorit meydana çıxmayıb. Sanksiyalar və koronavirus pandemiyası tərəfindən əzilyyət çəkən xalqın səsverməyə marağının az olduğu da görünür.

Hətta ABŞ-ın Co Baydenin prezidentlik dövründə yenidən nüvə razılığına qayıtmaq üçün yol tapmağa çalışmasına baxmayaraq, bir çoxları hesab edir ki, ölkədə sərtxətt tərəfdarları artmaqdadır.

İyunun 18-dəki səsverməni kim qazansa, İslam Respublikası daxilində nisbətən mülayimliyi ilə seçilən, İranın nüvə razılığına çatmasıyla başlayan iki dördillik prezidentlik müddəti başa çatacaq Ruhanidən təslim alacaq. Onun prezidentlik müddəti ABŞ-ın 2018-ci ildə prezident Donald Trampın rəhbərliyi altında birtərəfli qaydada razılaşmadan çıxmasından sonra sazişin canlandırılmağa başladığı müddətdə başa çatır.

İranın sanksiyaların aradan qaldırılması müqabilində uran zənginləşdirməsini məhdudlaşdırdığını nəzərdə tutan müqavilənin pozulması ilə İran bu məhdudiyyətlərdən imtina edərək uranı indiyədək ən yüksək səviyyəyə qədər zənginləşdirib.

İran və ABŞ-ın razılaşmaya qayıtması ilə bağlı Vyanada həftələr boyu aparılan danışıqlarda hələ böyük irəliləyiş əldə edilməyib. Ruhaninin prezidentlik müddəti sona çatmağa yaxınlaşması ilə bu ehtimallar azalır.

İran daxilindəki namizədlər arasında ölkənin nüvə proqramını genişləndirmək və dünya ilə qarşı-qarşıya gəlmək istəyən sərtxətt tərəfdarları, status-kvoya sadiq qalanlar və teokratik rejimi içəridən dəyişmək istəyən islahatçılar da var.

Radikal dəyişikliyə çağırış edənlər ali ruhani rəhbər Ayətullah Əli Xameneyinin nəzarəti altında namizədləri təsdiqləyən 12 üzvlük panel olan Nəzarət Şurası tərəfindən namizədliklərinə maneələr yaradılır.

XS
SM
MD
LG