Accessibility links

Mehri Cəfəri: İranın BMT-də qadın haqları komissiyasına üzv seçilməsi qadınlar üçün bir təhlükədir


Mehri Cəfəri
Mehri Cəfəri

İran İslam Respublikasının bu yaxınlarda Birləşmiş Millətlər Təşkilatının Qadınların Vəziyyəti üzrə Komissiyasına üzv seçilməsi insan haqları qruplarının sərt və qəzəbli reaksiyası ilə qarşılanıb. Hüquqşünas Mehri Cəfəri İranın bu komissiyada olmasının komissiyanın hədəfləri ilə ziddiyyət təşkil etdiyini ifadə edir.

Mehri Cəfəri Amerikanın Səsinə müsahibədə həmçinin bəzi məşhur İranlı sənətçilərin cinsi zorakılıq ittihamları ilə qarşılması haqqında fikirlərini açıqlayıb.

İran iki həftə əvvəl BMT-nin İqtisadi və Sosial Şurasına (İSŞ) üzv olan 54 ölkədən 43-nün səsi ilə 4 il müddətinə BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasına (QVK) üzv seçildi.

Bu komissiya nə üçün təşkil olunub? Hədəfi nədir? Hədəf qadınların gücləndirilməsi deyilmi? Əgər hədəf budursa, siz necə İran kimi bir rejimə orada səs haqqı və qərar vermə haqqı verirsiniz?


Mehri Cəfəri deyir: “Bu məsələ bir çox ölkədə insan haqları sahəsində çalışanları, hamımızı şok etdi. Ona görə ki, İran rejimi çox yaxın zamanlarda neçə nümunədə göstərdi ki, əvvəlki rəftarı düzlməyib ki heç, hətta bəzi yerlərdə elə qanunlar keçirib ki, bizi qaytarır 30 il əvvələ... BMT-nin öz hesabatlarına baxanda İran qadınlar üçün bərabər hüquq mövzusunda dünya sıralamasında ən sonda olan bir neçə ölkədən biridir. İran rejiminə belə bir komissiyada yer veriblər, sanki heç bu problemlər yoxdur və İran rejimi çox da yaxşı addımlar götürüb ki, bir də təşviq edilir.”

QVK-nin fəaliyyəti “gender bərabərliyini irəlilətmə və qadınları gücləndirməyə həsr edilib”. Cəfəri İranın üzv seçilməsinin komissiyanın əsas hədəfi ilə ziddiyyət təşkil etdiyini vurğulayır:

“Bu sual ortaya çıxır ki, bu komissia nə üçün təşkil olunub? Hədəfi nədir? Hədəf qadınların gücləndirilməsi deyilmi? Əgər hədəf budursa, siz necə İran kimi bir rejimə orada səs haqqı və qərar vermə haqqı verirsiniz? Bu mühüm bir qurumdur ki, orada qərarlar verilir. Fikir verin, bir rejimdə ki qadınlar hətta həyat yoldaşından icazə almadan məmləkətdən çıxma bilmir, belə bir ölkənin rejimi gəlir BMT-də başqa ölkələrin qadınları haqqında qərar versin, səs versin. Odur ki, İrana bu mövqeyi vermək, İranın öz qadınlarına bir təhqir hesab olunur ki heç, mən düşünürəm ki, dünyada qadınların mövqeyini təhlükəyə salır.”

Fikir verin, bir rejimdə ki qadınların hətta həyat yoldaşından icazə almadan məmləkətdən çıxa bilmir, belə bir ölkənin rejimi gəlir BMT-də başqa ölkələrin qadınları haqqında qərar versin, səs versin.


Hüquqşünas qadın haqlarının dövlətlər arasında siyasi alver vasitəsinə çevirildiyini qeyd edir.

“Bu ya siyasi bir məsələdir ki, qadınların haqqı burada alver vasitəsi olur. O cəhətdən baxanda hamını çox narahat edir. Bir ayrı baxış da var ki, İrana məsələn fürsət verirlər ki, İran qadın haqları məsələsində bir dəyişikliyə getsin ki, əlbəttə bu varsa, məsələyə sadə baxdıqlarını göstərir,” o söyləyir.

Cenevrə mərkəzli “UN Watch” qrupu bildirir ki, “İSŞ üzvü sadəcə 11 ölkənin İrana səs verməməsi göstərir ki, Avropa Birliyi və Qərb demokratiyalarından ən az 4 ölkə İranın lehinə səs verib.”

Mehri Cəfəri deyir: “İrana səs verən o ölkələr ki, demokratik deyillər, onların səsi məlumdur. Amma bir qrup var ki, demokratik dövlətlərdir, lobbiçiliklə səs veriblər. Onlar baxır siyasi vəziyyətə. İranla arxada danışıqları var. Orada bir səs verib, ayrı yerdə bir ayrı imtiyaz alırlar.”

Necə ki, sən deyə bilirsən ki, bir qadından xoşlanıram, qadın da birindən xoşlanar, birindən xoşlanmaz. Və xoşlanmadığı adam da mümkündür sən olasan. Amma bəzi kişilərə yox deyəndə sanki, sən onun şəxsiyyətinə toxunubsan. Xüsusilə o kişi ki, qadını özündən aşağı görür.


Son bir il ərzində, ölkə daxili və xaricində yaşayan bir neçə tanınmış İranlı sənətkar cinsi zorakılıq ittihamları ilə qarşılaşıblar.

Avropada yaşayan məşhur İranlı müğənni Möhsin Namcunun onun tərəfindən cinsi zorakılığa məruz qaldıqlarını irəli sürən qadınlar haqqındakı sözləri bu yaxınlarda farsdilli media və sosial şəbəkələrin gündəmində olub. Möhsin Namcu o cümlədən deyib ki, “mənim bir saat nəfəs almam, sizin 6 ay ömrünüzə bərabərdir.” O həmçinin İranlı qadınların “yox” deməsinin hər zaman “yox” anlamına gəlmədiyini və “nazlanmaq” anlamında ola bildiyini irəli sürüb.

Mehri Cəfəri bu ifadələri “qadına nifrət” (misogyny) olaraq dəyərləndirir.

“Hər bir kişinin gərək öz davranışına bir cavabı ola. Yəni, bu ki, mən filan təfəkkür, filan tərbiyə ilə böyümüşəm, bu səbəb deyil ki, mən bunu anlamayım ki, biri mənə ‘yox’ deyirsə, bunun mənası ‘yox’-dur. Anlamırsansa sən sui-istifadəçisən ki, istəyirsən zor deyəsən... Necə ki, sən deyə bilirsən ki, bir qadından xoşlanıram, qadın da birindən xoşlanar, birindən xoşlanmaz. Və xoşlanmadığı adam da mümkündür sən olasan. Amma bəzi kişilərə yox deyəndə sanki, sən onun şəxsiyyətinə toxunubsan. Xüsusilə o kişi ki, qadını özündən aşağı görür”, Mehri Cəfəri qeyd edib.

Mehri Cəfəri “seksist” anlayışda da “rasist” (irqçi) anlayışı kimi bir tərəfin digər tərəfi özündən aşağı gördüyünə diqqət çəkir.

“Bu Möhsin Namcu məsələsi özü nümunə bir olaydır. O, sonunda gəlir deyir, siz kimsiniz ki, mənə yox deyirsiniz? Burada cinsi əziyyət bir məsələdir, əziyyətdə israr etmək isə bir məsələ, qadının yox deməsini qəbul etməmək bir məsələdir və bu qəbul etməmənin səbəbi də başqa bir məsələ. Səbəbi odur ki, o adam heç yox eşitmək istəmir. İstəmir qəbul etsin ki, qadınların da onun qədər haqqı var ki, onu seçsin, ya seçməsin... Necə ki, rasist bir qrup insanı aşağı görür, seksist də qadını özündən aşağı görür.”

XS
SM
MD
LG