İSNA xəbər agentliyinin məlumatına istinadən, İranın Qərbi Azərbaycan vilayətində 700 min nəfər gecəqondu məhəllələrində yaşayır.
Qərbi Azərbaycan valisinin siyasi, təhlükəsizlik və ictimai məsələlər üzrə müavini bu haqda məlumat verib.
2020 ilinin statistikasına görə, 3 milyon 416 nəfər əhalisi olan Qərbi Azərbaycanda 700 min gecəqondularda yaşayır, bu isə əhalinin beşdə biri deməkdir.
Tasnim xəbər agentliyi 2019-cu ilin mart ayında yayımladığı xəbərdə Qərbi Azərbaycan vilayətinin ümumiyyətində 600 min nəfərin gecəqondu məhəllələrində yaşadağını və 200 min nəfərin isə sadəcə Urmiyə şəhərininin ətraf yoxsul məhəllələrində məskunlaşdığı barədə məlumat yaymışdı.
2019-cu ilin sentyabrında Təbriz Şəhər Məclisinin üzvlərindən Behruz Məhdəvi təxminən 2 milyon əhalisi olan Təbriz şəhərinin gecəqondu sakinlərinin sayının təxminən yarım milyon olduğunu bildirmişdi.
İran mətbuatında yayımlanan son məlumata görə, bu statistikada bir dəyişiklik baş verməyib. Bu da o deməkdir ki Təbriz əhalisinin dörddə biri qeyri-standart və sənədsiz evlərdə yaşamaqdadır.
Şərqi Azərbaycan vilayətinin valisi Purməhəmmədi deyib ki, ölkədə böyük şəhərlərin əhalisinin 25% -i gecəqondularda yaşayır.
Təbrizdə gecəqondu məhəllələri sürüşmə və zəlzələ ehtimalı yüksək olan təhlükəli fay xətləri üzərində yerləşir. Bu məhəllələrdə tikilən evlərin sənədi yoxdur, onlar qanunsuz inşa edilir və standartlara cavab vermir.