Accessibility links

Dünya boyu COVID-19-a yoluxma hallarının sayı 76 milyonu keçib


Tailandın Samut Sakhon vilayətində COVID-19 testi keçirilir, 19 dekabr, 2020.
Tailandın Samut Sakhon vilayətində COVID-19 testi keçirilir, 19 dekabr, 2020.

Cons Hopkins Koronavirus Resurs Mərkəzinin bildirdiyinə görə, bazar günü dünyada COVID-19-a 76.3 milyon yoluxma halı qeydə alınıb.

Yoluxmaların sayı 17,6 milyonu keçən ABŞ dünyada koronavirusa ən yüksək yoluxma halları olan ölkədir. ABŞ-dan sonra 10 milyon yoluxma halı ilə Hindistan və yoluxmaların sayı 7,2 milyon olan Braziliya gəlir.

ABŞ qanunvericilərinin bazar günü COVID-19-la əlaqədar təxminən 1 trilyon dollarlıq iqtisadi yardım paketini təsdiq edəcəyi gözlənilir. Yardım paketi bir sıra digər ölçülərlə yanaşı, işsizliyə görə 300 dollar məbləğində müavinət və bir çox amerikalıya 600 dollar birbaşa ödənişləri əhatə edir.

"Miladı planladığımız kimi davam etdirə bilmərik", Britaniyanın baş naziri Boris Conson şənbə günü London və ölkənin cənubunda yeni məhdudiyyətləri elan edərkən deyib. Britaniyada hazırda koronavirusun mutasiya olunnmuş növünün yayıldığı haqda məlumat verilib.

Cənubi Koreyada bazar günü 1 097 yeni infeksiyanın qeydə alındığı bildirilir. Ölkədə beşinci gün ardıcıl olaraq 1000-dən çox yeni yoluxma halı qeydə alınıb.

Cənubi Koreyanın Ədliyyə Nazirliyinin rəsmisi Seulda bir həbsxanada epidemiyanın yayılması nəticəsində 184 məhbus və bir işçinin yoluxduğunu bildirib.

Avstraliyanın Viktoriya və Quinsland ştatları bazar ertəsindən etibarən Sidneydən gələnlərə qadağa tətbiq edir. Sidneyin şimal bölgəsindəki çimərlik ətrafında 70 nəfərin koronavirusa yoluxmasından sonra bölgədə Milad bayramı ərəfəsinə qədər ciddi karantin tətbiq edilib.

Tailand bazar günü cənub-qərbdə Samut Sakhon vilayətində gündəlik yoluxmaların sayıınn 500-dən yuxarı olmasından sonra 10 000-dən çox insanın test ediləcəyini bildirib.

XS
SM
MD
LG