Dünyada 18 dekabr Beynəlxalq Miqrant Günüdür. 1990-cı ilin həmin günündə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiya qəbul edib. 2000-ci ildə isə BMT Baş Assambleyası Konvensiyanın qəbul edildiyi günü Beynəlxalq Miqrant Günü elan edib.
Human Rights Watch təşkilatının Qaçqın və Miqrant Haqları Diviziyasının direktoru Amerikanın Səsinə müsahibəsində dünya boyu miqrantların üzləşdikləri çətinliklərdən və onların öz ölkələrindən başqa köçmələrinin səbəblərindən bəhs edib.
Amerikanın Səsi: Cənab Frelik dekabrın 18-i Beynəlxalq Miqrant günüdür və BMT-nin Baş Assambleyası bu günü miqrantların rolunu və miqrasiyanın inkişafa verdiyi töhfələri qeyd etmək günü elan edib. Mənim ilk sualım da belə olacaq ki, insanlar nə üçün başqa ölkələrə miqrasiya etməyə qərar verirlər? Bunun hər hansı ümumi səbəbləri varmı?
Bill Frelik: Miqrasiya köç etmək deməkdir. Və təkcə insanlar köç etmirlər, quşlar və heyvanlar da köç edirlər. Ona görə də miqrasiyanın bütün səbəblərini anlamaq üçün insanlığın da bütün səbəblərini anlamaq lazımdır. Biz köç edirik, insanlar köç edirlər. Dövlətlərin yaranması, səhv etmirəmsə, 1648-ci ildə Vestfaliya razılığı ilə baş verib. Amma ondan öncə insanlarda sərhəd anlayışı yox idi. Əslində onlar bir baxımdan süni quruluşlardırlar. Bu o demək deyil ki, onlar vacib deyil. Onların qanuni mənaları var və bunlar beynəlxalq hüquq da öz əksini tapır. Və bizdə artıq dövlət sistemləri var və sərhədlər də çox mühümdür.
Amma məncə bu, belə desək, təbii düzəliş üzərinə tətbiq olunan bir şeydir.
Sizin sualınıza gəldikdə, bir var könüllü miqrasiya, bir də var məcburi miqrasiya. Mən düşünürəm ki, hər ikisində müəyyən dərəcədə könüllülük və məcburiyyət var.
İqlim dəyişikliyi səbəbilə səhralaşma ilə üzləşən və buna görə də artıq özünü dolandıra bilmədiyi üçün kənd ərazisindən şəhər mərkəzinə köç edən insanı hansı kateqoriyaya daxil etmək olar? Yəni kəndlərdən şəhərlərə çox sayda köç olur amma bunun bir sıra başqa səbəbləri də var. Bunun ən böyük səbəblərindən biri iqtisadi imkanlar olsa da, ekoloji ətraf-mühit amilləri eləcə də, siyasi və şəxsi amillər də rol oyanyır.
Siyasi baxımdan isə bir qrup miqrant var ki, onlar qaçqındırlar. Bu insanlar isə başqa seçimləri olmadıqları üçün qaçırlar. Onlar həyatları təhlükə altında olduğu üçün, adətən kimlikləri və ya inancları səbəbilə azadlıqları və ya rifahları təhlükə altında olduğu üçün qaçırlar. Onlar evlərindən qaçıb, başqa ölkələrdə sığınacaq axtarmağa məcbur olurlar. Sığınacaq axtarıb, sığınacaqda yaşamaq isə insan hüququ olaraq görülür.
Bu, bir qrup miqranların hüquqlarıdır. Lakin şkalanın digər ucundakı miqrantlar ya şəxsi səbəblərdən və ya əlbəttə ki, iş səbəbilə başqa yerlərə köçürlər. Buna görə də, miqrant işçilər və onların ailələri üçün də konvensiya mövcuddur və bu konvensiya mirqnat işçilərinin sui-istifadə edilməməli, qaçaqmalçılıq qurbanı olmamalı, ədalətli əmək haqqı almalı və ölkədə qala bilmək hüquqi baxımıdan ədalətli rəftarla qarşılaşmalı olduqlarına diqqət çəkir.
Lakin bu, həmçinin ölkələrin həmin ölkəyə kim daxil ola biləcəyinə və nə qədər orada qalmağına icazə veriləcəyinə dair qərar vermək kimi, belə desək, suveren haqlarına hörməti əks etdirir. Və beynəxalq qanunda da dövlətlərin ölkələlrinə kimin daxil ola biləcəyini və orada nə qədər qala biləcəyini müyyən etmələrinə hörmək göstərilir.
Amerikanın Səsi: Könüllü miqrantlar və ya qaçqınların köçdükləri yeni ölkələrdə üzləşdikləri əsas problemlər nələrdir?
Bill Frelik: Oraya gedib çatmaq ən böyük problemlərdən biridir. Onların üzləşdikləri bir çox əngəllər var. Bunlar həm divarlar kimi fiziki baryerlərdir, həm də viza rejimləri, və adətən hətta sərhədləri belə aşan sərhəd mühafizəsi kimi hüquqi baryerlərdir. “Miqrasiyaya nəzarəti kənarlaşdırma” anlayışı mövcuddur ki, bu miqrasiyanı başqa ölkələrə, adətən də qaçqın və miqranlara insanların getmək istədiyi ölkədən daha az dəstək olmaq imkanına sahib ölkələrə yönlədnirmək cəhdidir.
Məsələn nə üçün Türkiyə dünya ölkələri arasına ən çox qaçqının yaşadığı ölkədir? Xəritəyə baxanda bunu anlamaq asan oldur, çünki Türkiyə Avropa İttifaqı ilə Suriya və İraq, daha öncə isə İran və Əfqanıstan kimi ən çox qaçqının gəldiyi ölkələrin arasında yerləşir.
Buna görə də Türkiyədəki vəziyəti anlamaq çətin deyil.
Lakin Türkiyə üzərindəki təzyiq, Yunanıstan və Avropa İttifaqından gələn təzyiq və qaçqınların oraya geri göndərilməsi Türkiyəni sərhlərini bağlamğa və özünü geri çəkməyə vadar edir. Və biz Türkiyənin Suriya ilə sərhədində bunun şahidi olduq. Yunanınstan çox qəddar bir şəkildə bir çox dəfə miqrantları Türkiyəyə geri göndərib. Məncə bu məyyən dərəcədə Meksikadan keçərək Amerika Birləşmiş Ştatlarına daxil olmağa çalışan mərkəzi amerikalıların problemlərini də özündə əks etdirir. Belə ki, ABŞ divar inşa edib və miqrantların müdafiə protokollarını tərtib edib ki, bunlar Orvelin dediklərinə bənzəyir, çünki bu protokolların miqrantları qorumaqla əlaqəsi yoxdur, əksinə onlar miqrantları Meksikaya geri göndərir və sığınacaq müraciətlərinin cavablarını orada gözləməyə məcbur edir. Dünya boyu başqa ölkələrdə də bənzər şeylər baş verir.
Amerikanın Səsi: Statistik baxımdan ölkələrini daha çox hansı, məsələn hansı iqtisadi və sosial statusa sahib insanlar tərk etməyə qərar verirlər?
Bill Frelik: Məncə miqrantları ümumiləşdirmək olmaz, çünki miqrant sözü hüquqi termin deyil, təsviri bir ifadədir. Buna turistlər, tələbələr və biznes insanları da daxildir. Məsələn bu mənada miqrasiya etmək normal bir haldır, amma əgər qanunsuz miqrantlardan bəhz edirsinizsə o zaman başqa məsələ. Təbii ki, həm də qaçqınlar var ki, onlar da müəyyən mənana qanunsuzdurlar, çünki onlar bəzi digər miqrantlar kimi iqtisadi miqrantlar deyillər.
Ona görə də yoxsulluq, iqtisadi qeyri-bərabərsizlik miqrasiyada əsas amillərdəndir. Atədən ən yoxsul insanların miqrasiya etməyə heç resursları belə olmur. Ona görə də çox vaxt köçməyə cəhd edən insanların bəzi resurları olur.
Çox vaxt insanların gözünün önünə dopdolu qayıqlarda köç etməyə çalışan miqrantlar gəlir. Bu isə çox dramatik və nəzərə çarpan bir görüntüdür. Amma əslində bur görüntü sənədsiz miqrantarın böyük əksəriyyətini əks etdirmir. Onların çoxu qanun çərçivəsində səyahət edirlər və onlara verilən vizalarından müddətini ötürüb ölkədə qalılar. Onların müəyyən müddət ölkədə qalmalarına icazə verilir, amma onlar getmirlər. Bu da başqa bir sənədsiz miqrant növüdür. Amma onlar sərhədi gizli keçməyə çalışmayıb və ya qayıqdan atlamayıb. Ona görə də, onları ümumiləşdirmək çox çətindir.
Demoqrafiya məsələsinə gəldikdə, bəli miqrantlar arasında subay kişilər çoxluq təşkil edir, amma onlar arasında çox sayda ailələr, və ya valideynsiz uşaqlar, hətta fiziki əngəlləri olan insanlar da var ki, hətta mən özüm çox çətin şərtlər altında səyahət edən əngəlli insanları da görmüşəm. Yəni bir sözlə onlar insanlığı və müxtəlifliyi əks etdirirlər.
Amerikanın Səsi: Mənim növbəti sualım isə odur ki, immiqrantların yeni mədəniyyətə assimilyasiya etmələri nə dərəcədə çətin və ya asandır. Və yaxud onlar assimilyasiya etmək istəyirlərmi?
Bill Frelik: Məncə bununla bağlı da hər hansı ümumiləşdirmə etmək çətindir. Hər sualınıza belə cavab vermək istəmirəm, amma məsələn Səhra-altı Afrikada baş verən miqrasiyanı götürək. Orada yaradılan sərhədlər hər hansı bir etnik qrupu ikiyə bölmüş ola bilər. Bu isə o deməkdir ki, sərhədin iki tərəfində də çox sayda ortaq cəhətlər var.
Ya da kürdlər məsələn. Bilirsiniz ki, onlar İran, Suriya, İraq və Türkiyənin bəzi hissələrində yaşayırlar və öz ölkələri yoxdur. Bəs onda bir kürd bu ölkələrin birindən başqasına, kürdlərin çoxluq təşkil etdiyi hissəyə köçəndə nə olur?
Digər tərəfdən isə elə insanlar var ki, mədəni, irqi və ya dil baxımından onlarla yaxın olmayan ərazilərə köçürlər və ya köçməyə məcbur olurlar. Məsələn mənim ağlıma haitililər gəlir. Onlara bir çox mənada damğa vurulub. Onlar eyni adada yerləşən Haitidən Dominikan Respublikasına köçüblər və illər boyu Dominkan Respublikasında yaşayan haiti mənşəli insanların vətəndaşlıqları yoxdur. Bu halda biz onlara miqrant deməliyik ya yox?
Daha sonra onlar Haitiyə deportasiya olunublar, baxmayraq ki, onların bəziləri Dominikan Respublikasında dünyaya gəliblər və həyatları boyu Haitidə yaşamayıblar. Amma onlar ispan və ya kreol dilində danışmadıqları üçün Latın Amerikasında və hətta Birləşmiş Ştatlarda ayrı-seçkiliklə üzləşirlər.
Bunlar düya boyu bir çox qaçqən və miqrantın üzləşdiyi problemlərdir. Məsələn hazırda Avropada ən böyük müzakirə mövzusu müsəlman qaçqın və miqrantların bir zamanlar xristianlıq dünyası olaraq görülən regiona inteqrasiyasıdır. Bilirsiniz oralar Xristian Avropası idi. Amma indi Avropa daha plüralist, çoxirqli, çoxdinli və çoxmədəniyyətli bir yerə çevrlir.
Bu isə çox vaxt müəyyən mənada anlaşıla bilən psxioloji və ya sosial səbəblərdən dolayı plüralizmə müqavimət göstərən insanlar üçün problemdir. Amma bu, bizim hazırda yaşadığımız dünyanın reallığıdır. Və ABŞ-da Tramp , Macarıstanda Viktor Orbanın hakimiyyəti dövründə immiqrasiyaya qarşı müşahidə etdiyimiz bu cür reaksiyalar demək olar ki, mifik mədəni homogenliyi qoruyub saxlama istəyini əks etdirir.
Amerikanın Səsi: Mənim son sualım isə qaçqınlarla bağlı olacaq. Biz bilirik ki, qaçqınlar başqa ölkələrə köçməyə çalışarkən bir çox çətinliklərlə üzləşirlər. Bəs hazırkı reallığı nəzərə aldıqda, COVID-19 qaçqınların vəziyyətinə nə cür təsir göstərib?
Bill Frelik: Fikrimcə sığınacaq axtarmaq hüququ fundamental şəkildə təhlükə altına salınıb. Məsələn Birləşmiş Ştatlarda Tramp administrasiyasının altında sığınacaq axtarmaq hüququna hücum olunub. Belə ki, qaçqın sözünün mənası, qaçqın olmağın hansı mənaya gəldiyi ilə bağlı təfsir dəyişdirilib. Bundan əlavə Mərkəzi Amerika ölkələri ilə sığınacaq axtaranları həmin ölkələrə geri göndərmək və ya onları Meksikada gözləməyə məcbur etmək üçün “təhlükəsiz üçüncü ölkə” adlandırəlan razılıqlar əldə olunub. Son olaraq isə ictimai səhiyyəyə aid Title 42 adlandırılan bir qərar var ki, xüsusi halları nəzərə almadan, heç bir prosedur olmadan sərhəddəki hər kəsi ictimai səhiyyə bəhansəsi ilə geri göndərir.
Biz Xəsətliklərə Nəzarət və Profilaktika Mərkəzinə siyasi təzyiqlərin olduğunu və fövqəladə ictimai səhiyyə vəziyətindən istifadə edərək insanların sığınacaq axtarma haqlarının əllərindən alındığını görürük.
Biz qətiyyən demirik ki, ictimai səhiyyə narahatlıqlarını göz ardı etmək lazımdır. Bu insanları başqalarını olduğunu kimi karantinə salmağın yolları var.
Xəstəliyin yayılmasının qarşısını almağın dəlillərə əsaslanan yolları var. Amma insanları onların hansı təhlükələrlə üzləşə biləcəklərinə məhəl qoymadan sərhəddən geri göndərimək qaçqınların müdafiəsinə dair fundamental prinsiplərin pozulmasıdır və bu prinsipləri fövqəladə ictimai səhiyyə vəziyyətinə görə pozmaq olmaz.