Accessibility links

İranın nüvə üzrə alimi Möhsün Fəxrizadənin cənazə mərasimi olub


Ötən cümə günü qətlə yetirilmiş nüvə alimi Möhsün Fəxrizadənin bazar ertəsi cənazə mərasimi olub. Alimin qətli İran liderlərinin intiqam təhdidləri ilə müşayiət olunur.

Ölkənin müdafiə naziri General Əmir Hatəmi Tehrandakı İran Müdafiə Nazirliyində deyib ki, Fəxrizadənin ölümü iranlıları daha da birləşdirib, daha qərarlı edəcək. O, ölkəsinin alimin işlərini "daha sürətlə və daha çox güclə" davam edəcəyini deyib.

Fəxrizadənin olduğu avtomobil silahlı şəxslər tərəfindən hücuma cümə günü Absard şəhəri yaxınlığında məruz qalıb.

İran bu qətldə İsraili günahlandırıb. İsrailin kəşfiyyat naziri Eli Kohen bazar ertəsi İsrail radiosuna verdiyi açıqlamasında kimin məsuliyyət daşıdığını bildiyini deyib.

Hücuma cavab olaraq İran parlamenti Beynəlxalq Atom Enerjisi Agentliyinin yoxlamalarını dayandıracaq bir qanun layihəsini nəzərdən keçirməyə başlayıb.

Bunlar İranın nüvə fəaliyyətini məhdudlaşdıran 2015-ci il razılaşmasına yenidən qoşulacağını deyən yeni seçilmiş prezident Co Baydenin vəzifəsinin icrasına başlamasına iki aydan az bir müddət qaldığı bir vaxt baş verir.

İran və dünyanın altı qüdrətindən ibarət bir qrup arasında imzalanan bu razılaşma İranın nüvə silahı inkişaf etdirə bilməməsini təmin etmək məqsədi daşıyırdı. İran nüvə proqramının yalnız dinc məqsədlər üçün inkişaf etdirdiyini deyir.

XS
SM
MD
LG