Accessibility links

Riçard Vaytz: "Sülhməramlıların yerləşdirilməsi Rusiyanın qısa müddətli təsirlərini artıracaq"


Riçard Vaytz: "Sülhməramlıların yerləşdirilməsi Rusiyanın qısa müddətli təsirlərini artıracaq"
please wait

No media source currently available

0:00 0:05:42 0:00

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması barədə birgə bəyanat razılaşdırılıb.

Hudson İnstitutunun baş elmi işçisi Riçard Vaytz Amerikanın Səsinə müsahibəsində bu bəyanatın davamlılığı, Rusiyanın Dağlıq Qarabağa sülhməramlılarını yerləşdirməsi və Türkiyənin münaqişənin həllindəki rolunu şərh edib.

Amerikanın Səsi: Cənab Vaytz, bildiyiniz kimi, Ermənistan, Azərbaycan və Rusiya atəşkəs razılığı imzalayıb. Sizin bu razılıqla bağlı ilkin düşüncələriniz nədir?

Riçard Vaytz: Belə görünür ki, bu razılıq davamlı olacaq. Biz rusların mübahisəli zonalara bir neçə min sülhməramlısını yerləşdirdiyini görürük. Biz prinsipdə Türkiyənin təklif olunan birgə monitorinq mərkəzinə qüvvə göndərdiyini görürük.

Amma əsas faktor odur ki, Azərbaycan qüvvələri Şuşada qətiyyətli qələbə əldə etdilər və zənnimcə, Ermənistan qüvvələri ən azı hələlik hazırkı vəziyyəti qəbul etməlidirlər.

Amerikanın Səsi: Atəşkəs razılığı ilə bağlı irəliləyişlərin sürəti sizi təəcübləndirdimi?

Riçard Vaytz: Bəli, məncə Azərbaycan qüvvələrinin əldə etdiyi uğurlar hər kəsi təəccübləndirdi. Biz ilk başda bəzi uğurların şahidi olduq. Sonra belə görünürdü ki, uzun müddət çıxılmaz vəziyyət olacaq, amma azərbaycanlılar məharətlə torpaqları hissə-hissə geri almağı bacardılar. Qala şəhər Şuşanın ələ keçirilməsi isə əhəmiyyətli bir uğur oldu.

Fikrimcə, təcili atəşkəsi tətikləyən Azərbaycanın Rusiyaya məxsus hekilopteri vurması ola bilər. Düşünürəm ki, bu, Rusiyanın hərbi müdaxilə riskinə gətirib çıxara bilərdi. Ona görə də onlar Dağlıq Qarabağın bütününü geri almağa cəhd etmək yerinə burada dayanmağa qərar verdilər. ​

Amerikanın Səsi: Daha öncə də bir neçə atəşkəs razılıqları elan olunub, amma aydındır ki, bu digərlərindən fərqlidir, çünki bunu ölkə liderləri imzaladı. Siz bu razılığın nə dərəcədə davamlı olacağını gözləyirsiniz?

Riçard Vaytz: Bunun onillər öncə nəzarət xətti boyu davam edən atəşkəs kimi davamlı olacağı gözlənilir. Zənnimcə əsas dəyişkən ermənilərin balansı dəyişə biləcəklərini və ya hərbi əks-hücum üçün Rusiyanın dəstəyini qazana bilib-biməyəcəklərini düşünmələridir. Amma hələ ki, ermənilərin başqa seçimləri yoxdur. Onların özlərinin əraziləri geri almaq üçün hərbi gücləri yoxdur və döyüşlər bərpa olsa daha çox ərazi itirə bilərlər.

Yəni əslində bu, bir az da Azərbaycanın rəhbərliyindən asılıdır. Onlar hərbi əməliyyatı bərpa edə və daha çox ərazi əldə edə bilərlər. Amma bu halda da Rusiyanın hərbi müdaxilə riski artır.

Fikrimcə, onlar qələbə elan edib, burada duracaqlar. Bu bir baxımdan problemi həll edir. Ərazi komromisləri olunub. Ermənistan mübahisəli ərazilərin bir hissəsini saxlayır. Azərbaycan çoxunu geri alır. Bəlkə də uzun bir müddət vəziyyət belə qalacaq.

Amerikanın Səsi: Bildiyiniz kimi razılığın bir hissəsi olaraq Dağlıq Qarabağa Rusiyanın sülhməramlıları yerləşdiriləcək. Bununla bağlı nə deyə bilərsiniz?

Riçard Vaytz: Bu maraqlıdır. Bu yeni bir faktdır. Ruslar daha öncə bunu etməmişdilər. Bu addım Rusiyanın qısa müddətli təsirlərini artıracaq, amma bunun iki uzun müddətli təsiri də olacaq. Birincisi, Rusiya qüvvələri azı beş il orada qalacaq. Amma onlar qüvvələrini geri çəkdiyi zaman tərəflərin döyüşmək riski olacaq. İkinci bu, Azərbaycanla gərginliyi artıracaq, çünki sərhəd boyu Ermənistan tərəfində Rusiya qüvvələri olacaq. Yəni bu bir baxımdan Rusiya üçün qısamüddətli oyundur və sülhü təmin edəcək. Amma bunun tam olaraq qabaqcadan görülməyən uzunmüddətli çətinlikləri olacaq. Bu həmçinin Türkiyənin müdaxiləsinə də aiddir. Və biz ilk dəfədir ki, Türkiyənin Cənubi Qafqazda sülh razılığında iştirakının şahidi oluruq. Biz həmçinin Türkiyənin daha böyük rol oynadığını görürük.

Eyni zamanda da biz Fransa, Birləşmiş Ştatlar və başqa Qərb qüdrətlərinin daha az rol oyandığını görürük. Bu dinamika bir az yenidir. İlk başqa Rusiyanın xeyrinə işləyir, amma uzun müddətdə bu belə olmaya bilər.

Amerikanın Səsi:Türkiyənin regionda uzun müddətli müdaxiləsi ilə bağlı düşüncələriniz nədir? ​

Riçard Vaytz: Türkiyə orada uzun müddət qalacaq - ən azı hazırkı Türkiyə höküməti altında. Bildiyiniz kimi, Ərdoğan iddialı siyasət yürüdür.

Türkiyə indiki döyüşlərdə aktiv cəlb olunmuşdu, o mənada ki, hərbi təlim və silahlanma baxımından Azərbaycanı qətiyyətli yardımla təmin edirdi. İndi də Türkiyə sülh prosesində yer almağı sığortalayıb. Zənnimcə, ən azı Azərbaycan tərəfinə, Naxçıvanın Türkiyə ilə sərhədi yaxınlığına Türkiyə əsgərləri yerləşdirilə bilər.

Türkiyənin də vaxt keçdikcə Rusiya kimi təsiri necə azala bilər, orasını bilmirəm. Amma hələlik belə görünür ki, Türkiyə və Rusiya əsas xarici oyunçulardır və Birləşmiş Ştatlar, Fransa və digər potensial oyunçular daha kiçik rol oynayırlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG