Accessibility links

ÜST: Koronovirusun yayılmasına mane olmaq hər kəsin məsuliyyətidir


ÜST: Koronovirusun yayılmasına mane olmaq hər kəsin məsuliyyətidir
please wait

No media source currently available

0:00 0:02:18 0:00

ÜST: Koronovirusun yayılmasına mane olmaq hər kəsin məsuliyyətidir

Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, insanlar virusun yayılmaması üçün tədbirlər görməyə hazır olsaydı, kütləvi koronavirus qapanmalarının qarşısı alına bilərdi. İtaliyada yeni bir məhdudiyyət dövrü ilə əlaqədar qəzəb və İspaniyada parçalanmalar müşahidə edilir.

Ümumdünya Səhiyyə Təşkilatı deyir ki, yalnız hökumətlər deyil, koronavirusun yayılmasının qarşısını alınmasında insanlar da məsuliyyət daşıyır.

"Kütləvi qapanmalardan qaça bilərik. Hər kəs öz rolunu oynasa, kütləvi məhdudlaşdırıcı hərəkətlərdən qaça biləridk. Hər gün izdihamlı yerlərdən uzaq durmaq, uzun müddət qapalı parametrlərdən çəkinmək, toplantıların bəzilərinin təxirə salmaq kimi qərarlar hər kəsin etməli olduğu fədakarlıqlardır" - deyə, ÜST-dan Maria Van Kerxove bildirib.

Ötən həftə COVID-19-a yoluxma hallarının 46 faizi Avropanın payına düşüb.

"Avropanın hazırkı anda bir episentr olduğu heç bir sual doğurmur. Hərəkət çox sərbəstdir. Bu səbəbdən qapanmalar tələb olunur. Pandemiyanın bu mərhələsində sıcrayışı azaltmaq üçün hərəkətin məhdudlaşdırılması və evdə qalma əmrləri verilməlidir" , ÜST-dan doktor Maykl Rayan deyib.

Ancaq bəziləri kilidləmə rejiminə qayıtmaqdan məmnun deyil.

İspaniya sakinləri axşam saat 11-dən səhər 5-dək qüvvədə olan komendant saatı məsələsində eyni fikirdə deyil.

"Bu tədbirlərə ehtiyac var idi. Daha sərt ölçülər götürülməsi vaxtıdır" , Sesiliya deyib.

"Bəlkə komendant saatı bir çoxları üçün radikal bir tədbirdir, amma bu, iqtisadi böhranı daha da dərinləşdirəcək və insanları daha məsuliyyətli olmaq əvəzinə qanunsuz işlərə yönəldəcək" , Aleksiya deyib.

İspaniyada virusa 1 milyondan çox insan yoluxub, Bu artımla İspaniya Avropanın ən çox zərər görən ölkələrindən biridir.

"Həqiqət budur ki, təkamül çox sürətli, çox aydın şəkildə yuxarıya doğru gedir, bütün tədbirləri düzgün həyata keçirə bilməsək, çox güman ki, yoluxmalar ən azı önümüzdəki həftələr ərzində artmaqda davam edəcək" - deyə, İspaniyanın Səhiyyə Təcili Yardım Koordinatoru Fernando Simon bildirib.

Bu vaxt İtaliyada polis barlar, kafelər və restoranların axşam 6-da bağlanması kimi koronavirus məhdudiyyətlərindən qəzəblənən nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Pandemiyanın başlanğıcından bəri İtaliyada yarım milyondan çox insanın COVID-19-a yoluxma faktı qeydə alınıb.

XS
SM
MD
LG