Accessibility links

Putin Qarabağda hərbi əməliyyatları dayandırmağa çağırır


Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyan ilə bir sıra telefon danışıqlarından sonra Rusiya prezidenti həlak olmuş hərbişilərin cəsədlərinin və hərbi əsirlərin dəyişdirilməsi məqsədilə Dağlıq Qarabağ münaqişəsi zonasında humanitar dəlillərdən irəli gələrəkhərbi əməliyyatların dayandırılmasına çağırıb.

Bu barədə Rusiya prezidentinin rəsmi internet saytında məlumat yayılıb.

Məlumatda deyilir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri oktyabrın 9-da Rusiyanın xarici işlər nazirinin vasitəçiliyi ilə bu məsələlərlə bağlı məsləhətləşmələr aparmaq üçün Moskvaya dəvət olunublar.

Sentyabrın 27-də Azərbaycan və Ermənistan qüvvələri arasında Dağlıq Qarabağ boyunca təmas xəttində döyüşlər intensivləşib. Hər iki tərəfdə çoxsaylı hərbi və mülki vətəndaş itkilərinin olduğu barədə məlumatlar verilir. ATƏT Minsk Qrupu həmsədr ölkələri tərəfləri dərhal atəşkəsə və danışıqlar masasına qayıtmağa çağırıb.

XS
SM
MD
LG