Accessibility links

Şərqi Azərbaycan vilayətində koronavirusla əlaqədar yeni məhdudiyyətlər elan edilir


Şərqi Azərbaycan vilayətində COVID-19 pandemiyası ilə bağlı vəziyyətin pisləşdiyi bildirilir. Vali Məhəmmədrza Purməhəmmədi vilayətdə yoluxmalar və olüm hallarının iki ilə üç qat artdığını açıqlayıb.

İranın rəsmi dövlət agentliyi İRNA-ya istinadən, Purməhəmmədi pandemiyaya qarşı mübarizə mərkəzinin iclasında yeni məhudidiyyətlərin tətbiq ediləcəyini bildirib.

Valinin açıqlamalarına görə yeni məhudidiyyətlər bir ay davam edəcək.

“Bu tədbirlərə əsasən, şagirdlərin məktəbə getməsi, əhalinin parklar və təbiət qoruqlarında toplaşması və hər hansı konfransın keçirilməsinə qadağa qoyulacaq. Sərgilərin təşkili ilə bağlı məhdudiyyətlər tətbiq ediləcək. Cənazə və dəfn mərasimləri, həmçinin evlərdə və məscidlərdə yas mərasimlərinin təşkili yasaqlanacaq. Restoranlar və kafelər qapadılacaq,” agentliyin xəbərində qeyd edilib.

Şərqi Azərbaycan vilayəti
Şərqi Azərbaycan vilayəti

Şərqi Azərbaycan valisi həmçinin deyib ki, “bu pandemiyanın daha nə qədər davam edəcəyi hələ bəlli deyil. Buna görə də, iqtisadi fəaliyyətləri dayandırmaq praktiki olaraq mümkün deyil.”

XS
SM
MD
LG