Accessibility links

COVID-19 peyvəndinin sınaqları dayandırılıb


COVID-19 peyvəndinin sınaqları dayandırılıb
please wait

No media source currently available

0:00 0:03:01 0:00

Koronavurus üçün ən vədverici vaksinlərdən birinin kliniki sınağı iştirakçılardan birinin xəstələnməsi səbəbi ilə daynadırılıb. Alimlər isə peyvəndlə xəstəlik arasında heç bir əlaqə olmadığını deyir.

Əczaçılıq şirkəti AstraZeneca ingilis iştirakçılardan birinin onurğa beyni iltihabı ilə xəstələnməsindən sonra sınaqlara fasilə verildiyini elan edib. İştirakçının sağalacağı gözlənilir.

AstraZeneca və Oxford Universiteti tərəfindən hazırlanan koronavirus peyvəndi dünyada inkişaf etdirilməkdə olan onlarla vaksin arasında ən perspektivli hesab edilir.

Sınaqların erkən mərhələsinin uğurlu keçməsindən sonra son həftələr ABŞ, İngiltərə, Braziliya və Cənubi Afrikadan 30 min insanın iştirakı ilə 3 mərhələli testi sınaqlarına başlanıldı. Alimlər iştirakçının xəstəliyinin peyvəndlə əlaqəli olduğuna dair hələ bir işarə olmadığını deyir.

“Vaksini çox sayda insana verə bilərsiniz. Zaman içində təsadüfən iştirakçıların bəzilərində sağlamlıq problemləri ortaya çıxa bilər. Beləliklə, bu hadisələri gözləməyin normal olduğunu düşünürəm və daha vacib olanı isə fasilə verib, daha ətraflı araşdırmaqdır” - deyə, immunoloq Aleksandr Edvards bildirib.

Bunun nə qədər vaxt apara biləcəyi məlum olmasa da , araşdırma davam etdirilir.

İngiltərənin səhiyyə naziri cəmiyyəti inandırmağa çalışıb.

"Bu, peyvəndin təhlükəsizliyinə nə qədər diqqət etdiyimizi göstərir. Bunun təsiriniz səbirsizliklə gözləyirik" , Matt Henkok deyib.

Bu həftə ABŞ və Avropanın doqquz qabaqcıl istehsalçısı peyvəndlərin təhlükəsizlik standartlarının təmin ediləcəyinə söz verib.

ABŞ hökuməti bu ilin əvvəlində peyvəndin hazırlanmasını sürətləndirmək üçün təqribən 10 milyard dollarlıq maliyyə yardımı ilə gələn ilin yanvar ayını hədəf təyin edib.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi ölkənin səhiyyə idarələrinə oktyabr ayına qədər peyvənd planları hazırlamalarını tapşırıb.

3 mərhələli qlobal sınaqların iştirakçılarının ən az yaşı 7-dir.

“Bu, çox yavaş bir prosesdir, çünki bu, nə qədər insanın yoluxduğundan və təbii ki, müxtəlif bölgələrə yayıldığından asılıdır. Fərqli bölgələrdə hər həftə yoluxanların sayının dəyişdiyini bilirsiniz” - deyə doktor Edvars əlavə edib.

Peyvənd təsdiqlənsə belə elm adamları bunun yayılması üçün vaxt lazım olduğunu deyib.

"Çox miqdarda peyvənd hazırlamalıyıq, kiçik şüşə qablara doldurmalıyıq, sonra paylamalıyıq və sonra insanları necə peyvənd edəcəyimizi araşdırmalıyıq" - deyə immunoloq bildirib.

Bu günə qədər yalnız bir peyvənd təsdiqlənib. Bu da Rusiyada hökumətin oktyabr ayından etibarən əhaliyə verəcəyi gözənilən Sputnik V adlandırılan peyvənddir.

Lakin mütəxəssislər peyvəndin klinik sınaqlarının 3-cü fazasının keçirilmədiyi üçün peyvəndin təhlükəsizliyi ilə bağlı narahatlıqlarını bildirib.

XS
SM
MD
LG