Accessibility links

İran Azərbaycanında Qarabağa dəstək mitinqi sərt şəkildə dağıdılıb


Təhlükəsizlik qüvvələri iyulun 16-da Qarabağa dəstək mitinqi keçirməyə çağırış edən milli fəalların toplaşmasına icazə verməyib.

Amerikanın Səsinin əldə etdiyi məlumata əsasən, Təbriz, Urmiyə, Ərdəbil, Zəncan, Tehran və Sulduz şəhərlərində mitinqə çağırış edilsə də, təhlükəsizlik qüvvələri bu şəhərlərdəki bəzi milli fəallara zəng edərək, bəzilərini isə çağıraraq hədələyib və mitinqdə iştirak etməkdən imtina etmələrini tələb edib.

Sosial mediada yayımlanan video və fotolarda Təbriz, Urmiyə və Ərdəbil şəhərlərinin ana meydanlarında repressiya qüvvələri, mülki geyimli və polis qüvvələrinin saatlar öncədən yerləşdirildikləri göstəririb.

Rəhim Sasaniyan, Sədullah Sasaniyan, Həkimə Əhmədi, Rəsul Rəzəvi
Rəhim Sasaniyan, Sədullah Sasaniyan, Həkimə Əhmədi, Rəsul Rəzəvi

Buna baxmayaraq, Təbrizdə Azərbaycan Respublikası səfirliyinin önündə Azərbaycana dəstək məqsədli mitinq keçirilib.

Mitinqdə “Qarabağ bizimdir, bizim qalacaq” şüarı səsləndirilib.

HRA xəbər agentliyinin məlumatına əsasən, bu gün İran Azərbaycanında keçirilən etiraz mitinqi zamanı Azərbaycan Respublikası səfirliyi qarşısında Rəhim Sasaniyan, Həkimə Əhmədi, Sədüllah Sasaniyan və Yasəmən Zəfəri həbs edilib. Rəsul Rəzəvi Təbrizdən və Salar Tahir Əfşar isə Urmiyə şəhərindən təhlükəsizlik qüvvələri tərəfindən Ettelaat İdarəsinə çağırıldıqdan sonra nəzarətə alınıb.

Birləşmiş Ştatlarda yaşayan siyasi fəal Ramin Cabbarlı öz Twitter hesabında qardaşı Həmid Cabbarlının Ermənistanın Tehrandakı səfirliyi qarşısında saxlanıldığını və onun vəziyyəti ilə bağlı hələ ki, heç bir məlumat olmadığını bildirib.

Saxlanılan fəallar və vətəndaşların sayının çox olduğu, ancaq onların kimliklərinin müəyyən olmadığı bildirilir.

İran Azərbaycanında Qarabağa dəstək mitinqi
İran Azərbaycanında Qarabağa dəstək mitinqi

İran Azərbaycanında milli fəallar Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmadan sonra Bakıda keçirilən yürüşlərə dəstək məqsədi ilə Təbrizdə Azərbaycan Respublikası Konsulluğu, Tehranda Ermənistan Respublikası səfirliyinin qarşısında və Urmiyə, Ərdəbil və digər şəhərlərin əsas meydanları və küçələrində mitinq keçirməyə çağırış etmişdilər.

Mitinqdə iştirak edən və öncədən müəyyən edilmiş məkanlarda toplanan vətəndaşlar çox sərt repressiyalar məruz qalaraq döyülüb, yürüşə isə icazə verilməyib.

Türkiyənin TRT mediasının Tehran-dakı təmsilçisi Fatih Sabuncu, Instagram hesabında İslam İnqilabı Qvardiyasının nümayişə izin vermədiyini, vətəndaşları çox sərt şəkildə dağıtdığını və media nümayəndələrinə qarşı da sərt davranıldığını qeyd edib.

XS
SM
MD
LG