Accessibility links

AŞPA məruzəçiləri: Azərbaycan hakimiyyətinin pandemiyaya qarşı mübarizə adı altında tənqidçilərini təqib etməsindən narahatıq


Stefan Şennak
Stefan Şennak

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçiləri Ştefan Şennak (Avstriya) və Rocer Qeyl (Böyük Britaniya) hakimiyyətin pandemiyaya qarşı mübarizə adı altında öz tənqidçilərini təqib etməsindən narahat olduqlarını bildirib. Məruzəçilər həmçinin ədalətsiz məhkəmə prosesləri zamanı mühakimə olunan və beynəlxalq birlik tərəfindən siyasi məhbus hesab edilən məhbusların təhlükəsizliyi ilə bağlı narahatdırlar.

“Biz COVID-19 pandemiyasına qarşı təhlükəsizlik tədbirləri adı altında hökumətin opponentlərinə qarşı genişmiqyaslı repressiyaları və ifadə azadlığının, o cümlədən İnternetə çıxışın məhdudlaşdırılması barədə çoxsaylı məlumatlar almışıq,” həmməruzəçilərin bəyanatında bildirilir.

“15-dən çox müxalifət fəalı və jurnalist karantin qaydalarını pozulması və ya polisə tabe olmamaq ittihamı ilə 30 sutkayadək həbs cəzasına məhkum edilib. Biz xüsusilə müxalifətyönlü Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin de-fakto ev dustaqlığına məruz qalması, onun İnternet və telefon xətlərinin bloklanması barədə xəbərlərdən narahatıq.

Tənqidi bəyanatlardan sonra psixiatrik xəstəxanaya yerləşdirilmiş müxalifət fəalı Aqil Hümbətovun işi son dərəcə narahatlıq doğurur,” sənəddə deyilir.

“Təəssüf ki, bu həbslər hökumətin tənqidçilərinə qarşı köhnə repressiya sxemidir. Hazırkı şəraitdə biz siyasi məhbusların və vicdan məhbuslarının təhlükəsizliyi ilə bağlı çox narahatıq, çünki onların sağlamlığı və həyatı COVİD-19 mümkün infeksiyası nəticəsində təhlükə altındadır.”

“Biz Azərbaycan hakimiyyətini ifadə azadlığı ilə bağlı ölkənin beynəlxalq öhdəliklərinə ciddi riayət etməyə və siyasi müxalifəti boğmaq üçün koronavirus pandemiyası ilə mübarizəyə yönələn tədbirlərdən sui-istifadədən çəkinməyə çağırırıq,” həmməruzəçilər qeyd edir.

Rəsmi Bakı beynəlxalq tənqidləri bir qayda olaraq qərəzli sayır. Pandemiya dövründə karantin qaydalarının tətbiqi zamanı ayrıseçkiliyə yol verilmədiyini bildirir.

Bununla yanaşı, AXCP bildirir ki, lideri Əli Kərimlinin internet və telefonu artıq bir aydır kəsilib. Kərimlinin evinə gedən fəallar təqib olunur. Karantin dövründə AXCP-nin 15 fəalı inzibati, 1 fəalı isə cinayət təqibi ilə həbs edilib. ADP Hərəkatının isə 3 fəalı inzibati həbsdə olub.

Ədliyyə Nazirliyi mayın 12-də cəzaçəkmə müəssisələrində 33 məhkumun koronovirusa yoluxduğunu bildirsə də, yalnız 13 saylı Cəzaçəkmə Müəssisıəsində olan məhbuslar mayın 13-də 96 məhkumun müalicə müəssisısinə aparıldığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG