Accessibility links

Koronavirusa yoluxan 3 Azərbaycan vətəndaşı sağalıb


Koronavirusdan qorunmaqla bağlı plakat
Koronavirusdan qorunmaqla bağlı plakat

Martın 10-na olan məlumata görə, müayinə və laborator analizlər vasitəsilə infeksiyaya yoluxma faktı təsdiq olunmamış və səhhəti şübhə doğurmayan 312 nəfər karantin müddətini başa vuraraq sərbəst buraxılıb.

Bu barədə Azərbaycan Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Operativ qərargah bildirir ki, koronavirus infeksiyasına yoluxduqları müəyyən edilən 1973, 1997 və 1998-ci il təvəllüdlü 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müvafiq müalicə alaraq sağalıb və evə buraxılıb.

Məlumatda deyilir ki, hazırda karantində olan digər şəxslərin müayinəsi davam etdirilir.

İnidyədək beş yüzdən çox insan karantina alınıb. Ölkədə 11 nəfər koronavirusa yoluxmuş şəxs qeydə alınıb. Karantinə alınanların əksəriyyəti, koronavirus aşkar edilmiş şəxslərin hamısı İrandan Azərbaycana gələnlərdir.

XS
SM
MD
LG