Accessibility links

Təbriz elektrik stansiyasının mazutdan istifadə etməsi havanın çirklənməsinə səbəb olur


Təbriz elektrik stansiyasının yanacaq olaraq mazutdan istifadə etməsi havanın kirliliyinə səbəb olub. Qaz yerinə mazut istifadə etmək isə ölkədə gazın çatışmazlığı və Təbriz sansiyasının qaz kvotasının kəsilməsi olaraq bildirilib.

Təbrəzeman xəbər saytının yayımladığı xəbərə istinadən, Təbriz elektrik stansiyasının İctimaiyyətlə əlaqələr üzrə rəhbəri Bəhram Sərməst stansiyanın mazutdan istifadə olunmasını qəbul edərək, bunun səbəbini Təbriz elektrik stansiyasının qaz kvotasının kəsilməsi olduğunu bəyan edib. Sərməstin dediyinə əsasən, Təbriz elektrik stansiyası yanvarın 12-dən bəri qaz yerinə yanacaq olaraq mazutdan istifadə edir.

Təbrizin meri Behruz Məhdəvi fevralın 25-də İRNA xəbər agentliyinə Təbriz elektrik stansiyasının 24 saat müddətində mazutdan istifadəni dayandıraraq, qaz istifadəsinə dönməli olduğunu bildirib. Beləliklə, Təbriz meri əhalinin qaz istifadəsində 25 faiz qənaət edərək, stansiyanın qaz ilə çalışmasına şərait yarada biləcəyini deyib. O həmçinin şəhər idarələrində daha az qaz istehlak edilməsi ilə bağlı tapşırıq verildiyini bəyan edib.

Təbriz meri şəhərin hava çirkliliyinin 60-70% -nin nəqliyyat vasitələri tərəfindən olduğunu deyir.

Təbriz Şəhər Şurası sədrinin müavini Soniya Əndiş də əhalinin illərdir elektrik stansiyası və Təbriz Neft-Kimya Şirkətinin durumundan rahatsız olduğunu və etiraz etdiyini bildirərək, bu məsələnin nəzərə alınması və ona ciddi yanaşmanın vacibliyini qeyd eib.

2015-cı ilin oktyabr ayında Təbriz elektrik stansiyası mazutdan istifadə etdiyinə görə fəaliyyəti dayandırılmışdı. 2015-ci ildə Şərqi Azərbaycan vilayətinin məhkəməsi stansiyanın möhürlənmə səbəbini açıqlayaraq, elektrik stansiyasının mazutdan istifadə etməsinin İranın Enerji Komissiyasının aldığı qərarlara zidd olduğunu, havanın çirklənməsinə səbəb olaraq, kənd təsərrüfatı məhsullarına mənfi təsir göstərdiyi və insanlarda bir çox tənəffüs problemlərini yaratdığı bildirilmişdi.

XS
SM
MD
LG