Accessibility links

Birini götür, birini qoy!


Birini götür, birini qoy!
please wait

No media source currently available

0:00 0:03:10 0:00

Birini götür, birini qoy!

Evsizlərə kömək etmək üçün gözlənilmədən sadə bir fikir viral oldu və bütün dünyaya yayıldı. "Birini götür, birini qoy" konsepti evsizlərə isti geyim təklif etməkdir. Meksikada yaranan, əvvəlcə ABŞ-da, sonra isə Londona və Avropaya yayılan bu ideya böyüməkdə olan bir problemin həllidir. Bu fikrin yayılmasında isə əsas rolu sosial media oynayır.

Lazım olanlar: paltar üçün asılqan, banner və yerli insanların xoş niyyəti. Paltosu olan hər kəs onu küçədəki bir asılqana asır. Ehtiyacı olan evsizlər ehtiyaclarını qarşılayırlar. Şüar isə belədir: Birini götür, birini qoy! ya da #TOLO həştəqi.

Stefan Simanovits bu asılqanı Londonun mərkəzindəki ofisinin yaxınlığında bir kilsənin önündə qurub. "Hər səhər bu boş qala bilər. Günortadan sonra isə dola bilər. Burada yaşayan və burada işləyən insanlar isti paltarlar gətirə bilər. Bu konsepsiyanın gözəl ideyası cəlbedicidir, mən bunu Twitter-də gördüm və Dallasda onu yaradan qadınla əlaqə saxladım" deyə, o bildirib.

Bu qadın Dallasdakı tako mağazasından Emiliya Floresdir. O, bu təşəbbüsə məhz burda başlayıb. "Mən Mexiko şəhərində bacılarımı ziyarət edərkən günortadan sonra gəzməyə çıxdıq və mən onda nəhəng beton körpünün yanında mismarlara paltarlar asıldığını və onların üstünə təbii ki, ispan dilində yazılmış bir kağız gördüm: Soyuqdursa, birini götür, kömək üçün birini qoy" deyə, o bildirib.

Flores bu ideyanı yaşadığı Texasa gətirdi.

"Bilirsiniz, yaxşı insanlar hər ölkədə pis insanlardan daha çoxdur. Hər kəs öz kiçik məkanında bu və ya digər şəkildə kömək etməyə çalışır. Bu, edə biləcəyimiz ən böyük şeydir" deyə, Emiliya əlavə edib.

Londonda isə Pet və Stiv asılqandan paltolar seçdi. Onlar 20 ildən çoxdur ki, küçələrdə yaşayır. Son gecə bu qışın ən soyuq günlərindən biri idi. "Yataq çantam var, amma kifayət qədər isti olmadığı üçün bütün gecəni gəzməli olduq. Yataq çantasında qalsaydınız, donub qalacaqdınız. Soyuqdur, donuruq. Heç bir yer yoxdur getməyə. Sadəcə gəzirəm. Bilirsiz, mən məktəbdə O və A qiymətləri almışam. Burdakı dostum haqqında heç bir məlumatım yoxdur. O, inşaatçıdır. Biz iş istəsək belə, işə götürülmürük" - deyə, Pat bildirib.

Xeyriyyə sığınacağı İngiltərədə 320.000 evsiz insanın olduğunu və onlardan 4000-5000 nəfərin küçələrdə qaldığını təxmin edir. Hökumət əvvəlki illərlə müqayisədə böyük artımın olduğunu və 2018-ci ildə 720-dən çox evsiz insanın öldüyünü təxmin edir.

Simanovits “Take One Leave One” fikrinin yayılmasına kömək edir. Yerli çap şirkəti plakatlar hazırlayır. O onları Britaniyaya, bu yaxınlarda isə İrlandiyaya və Almaniyaya göndərib.

İdeya Avropa və ABŞ-a yayılır. Lakin Simanovits bunun həll yolu olmadığını söyləyir. "Problemin həlli üçün hökumət tərəfindən fəaliyyət göstərilməlidir. Və evsizlik probleminin sona çatdırılması utopik bir xəyal deyil" deyə, Stefan qeyd edib.

Britaniya hökuməti problemi həll etdiyini söyləyir. Lakin evsizlərin sayı artır. “Birini götür, birini qoy” problemi həll etmir, amma insanları xilas etməyə kömək edə bilər.

XS
SM
MD
LG