Accessibility links

Təbrizdə hava çirklənməsi yüksək həddə çatıb


Temperaturların qəfil dəyişməsi ilə Təbrizdə hava çirklənməsi iki gün ardıcıl olaraq davam edib.

Anaj xəbər agentliyinın verdiyi məlumata görə, 29 yanvar səhərdən etibarən havada kəskin çirklənmə qeydə alınıb.

Yanvarın 30-da Təbriz Namaz Meydanı hava çirklənmə nəzarət stansiyasında hava indeksinin təxminən 175, Abresan hava çirklənmə nəzarət stansiyasında isə təxminən 162 olduğu qeydə alınıb ki, bu da son ay üçün rekord sayılır.

Ətraf Mühit Mühafizə İdarəsinin elan etdiyi reytinqə görə, çirklənmə səviyyəsi 150 vahidi keçdiyi təqdirdə hava şəraiti insanlar üçün sağlam hesab olunmur və açıq havaya çıxmamaq tövsiyə olunur.

Şərqi Azərbaycan vilayətinin Ətraf Mühit Mühafizə İdarəsinin direktorunun nəzarət işləri üzərə müavini Mir Hüseyn Qomi bildirib ki, Təbrizdə hava keyfiyyətinə nəzarət mərkəzinin açıqlamasına görə, son 24 saatda havanın orta keyfiyyət indeksi 110 olub ki, bu da həssas qruplar üçün zərərli indeks sayılır.

Təbriz
Təbriz

Tövisyə olunur ki, ürək və ya ağciyər xəstəliyi olan insanlar, yaşlılar və uşaqlar uzun müddət çöldə qalmasınlar.

Qomi əlavə edib ki, meteoroloqların məlumatına əsasən qarşıdakı günlərdə hava inversiyasının (atmosferdə isti hava qatının soyuq hava qatını üstələməsi) davam edəcəyi üçün çirklənmə dərəcəsi artacaq.

Şərqi Azərbaycan vilayətinin Ətraf Mühit Mühafizə İdarəsinin direktoru Həmid Qasimi İSNA xəbər agentliyinə verdiyi məlumatda Təbrizdə hava çirklənməsinin əsas səbəbini hava inversyasi və keyfiyətsiz nəqliyat vasitələri ilə izah edib.

Qasiminin verdiyi məlumatda qeyd edilir ki, fərqli tədbirlər görülsə də, Təbriz havasının çirklənməsinin 70 faizi keyfiyətsiz nəqliyat vasitələrindən qaynaqlanır.

Son aylarda dəfələrlə Təbrizdə havanın çirklənməsi səbəbindən məktəblər və universitetlər bağlanıb.

XS
SM
MD
LG