Accessibility links

AŞPA Azərbaycanda siyasi məhbuslar haqqında qətnaməni qəbul etdi


Yanvarın 30-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş” üzrə qətnaməni qəbul edib.

Qətnamə layihəsi Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi, islandiyalı deputat Torhildur Sunna Evarsdottirin hesabatı əsasında hazırlanıb.

Müzakirələr zamanı deputatların əksəriyyəti hesabatı dəstəkləyib.

Əsasən fransalı millət vəkili Bernard Furnye Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarını icra etmədiyini bildirib və qeyd edib ki, bu yolverilməzdir.

O bildirib ki, hüquq müdafiəçilərinin, fəalların fəaliyyəti bəzən onların həbsxanalara düşməsinə səbəb olur.

Səməd Seyidov: Biz bu məruzəni bu şəkildə qəbul edə bilmərik
please wait

No media source currently available

0:00 0:04:56 0:00

Furnye cəza və məhkəmə-hüquq sistemində islahatlarla bağlı Azərbaycan prezidentinin fərmanlarını yüksək qiymətləndirib.

Ancaq o bu tədbirləri yetərli saymayıb. Furnyenin fikrincə, icra hakimiyyətinin Hüquq-Məhkəmə Şurasının işinə müdaxiləsi yolverilməzdir ki, bu da hakimlərin müstəqilliyini pozur.

Öz növbəsində, Azərbaycan nümayəndə heyətinin üzvləri hesabatın müddəaları ilə qəti şəkildə razılaşmayıblar. Sahibə Qafarova məruzədə cinayət əməllərinə görə mühakimə olunan dini radikalların siyasi məhbus kimi təqdim olunduğunu bildirib. Azərbaycandan digər deputatlar da tənqidi qəbul etməyərək Azərbaycanın AŞ ilə əməkdaşlığa sadiq olduğunu qeyd ediblər, eyni zamanda demokratiya quruculuğunda obyektiv çətinliklərin və keçmişin “ağır irsi" ni qeyd ediblər.

Rəsul Cəfərov: Siyasi məhbus probleminin həlli üçün kompleks islahatlar aparılmalıdır
please wait

No media source currently available

0:00 0:07:00 0:00

Rusiya, Türkiyə və bir sıra digər ölkələrin bəzi deputatları Azərbaycan nümayəndə heyətini dəstəkləyib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məruzəçini qərəzli sayıb və AİHM qərarlarını sərbəst şərh etməkdə, həmçinin fevral ayında keçiriləcək parlament seçkilərinə “müdaxilədə”, onların “demokratikliyini” qəsdən şübhə altına almaqda ittiham edib.

“Azərbaycanda siyasi məhbusların olması barədə bəyanat ağır ittihamdır və biz bunu heç vaxt qəbul etmirik”, Seyidov deyib.

Öz növbəsində Evarsdottir öz ünvanına ittihamlara reaksiya verərək bildirib ki, ötən ilin dekabr ayı ilə müqayisədə məsələ AŞPA Komitəsində müzakirə olunanda o, öz mövqeyini 180 dərəcə dəyişdirmişdi.

“İndi başa düşdüm ki, niyə Azərbaycanda siyasi məhbuslar var. Siz tənqidə dözümsüzsünüz”, məruzəçi deyib.

Asim Mollazadə: Azərbaycana qarşı informasiya müharibəsi aparırlar
please wait

No media source currently available

0:00 0:01:26 0:00

O, hesab edir ki, siyasi məhbus probleminin həll olunmaması ölkənin Avropa Şurasına üzvlüyünü risk altına alır.

“Heç birimiz bunu istəmirik. Azərbaycanın Avropa Şurasında öz yeri var. Ancaq bu ölkə öz öhdəliklərinə hörmətlə yanaşmalıdır”, Evarsdottir deyib.

Azərbaycan nümayəndə heyətinin təklif etdiyi üç düzəlişdən heç biri qəbul edilməyib.

Qətnamə 28 əleyhinə olmaqla 82 səs çoxluğu ilə qəbul edilib. Təxminən bu nisbətlə tövsiyələr qəbul edilib.

Qətnamədə Azərbaycanda "sistemli xarakter" daşıyan siyasi məhbus problemi ilə bağlı ciddi narahatlıq ifadə olunub.

Hələ 2001-ci ildə Azərbaycan Avropa Şurasına daxil olarkən AŞPA Bakını "siyasi məhbusları azad etməyə və ya onların işlərinə məhkəmə qaydasında yenidən baxmağa" çağırmışdı. Amma AŞPA-nın bu məsələ ilə bağlı bir neçə qətnaməsinə baxmayaraq, bu problem indiyədək qalmaqdadır.

Son illər Avropa İnsan Hüquqları Məhkəməsi müxalif siyasətçilərin, vətəndaş cəmiyyəti fəallarının, hüquq müdafiəçilərinin və jurnalistlərin özbaşına həbsləri ilə əlaqədar Avropa Konvensiyasının pozulduğunu müəyyən edərək çox sayda qərar çıxarıb.

Qətnamə layihəsində qeyd edilir ki, AŞPA-nın əvvəlki məruzəçisi Kristof Ştrasserin hesabatına 85 nəfərin adı daxil edilmişdi. Bu insanların ən az 9-u məhkəmədə qələbə qazanıb, daha 4 nəfərin işinə AİHM-də baxılır.

"İstənilən halda, Azərbaycanda siyasi məhbus təzahürünün real olduğuna şübhə yoxdur", sənəddə deyilir.

Bununla belə, qətnamədə "Azərbaycanda siyasi məhbusların vahid siyahısının tərtib edilməsi üzrə İşçi Qrupu" və "Azərbaycanda siyasi məhbusların azadlığı uğrunda İttifaq" tərəfindən təqdim edilmiş siyasi məhbus siyahılarının etimada layiq olduğu bildirilib.

Sənəddə konkret olaraq jurnalist Əfqan Muxtarlının, "Müsəlman Birliyi" Hərəkatının liderləri Taleh Bağırzadə və Abbas Hüseynovun, "Səid Dadaşbəylinin işi" üzrə keçənlərin işləri də yada salınır.

Sunna Evarsdottir: Biz müvəffəq olduq
please wait

No media source currently available

0:00 0:06:03 0:00

Qətnamədə 2018-ci il Gəncə hadisələrinə də yer ayrılıb.

"Azərbaycanda görüşdüyüm insanların əksəriyyəti, o cümlədən diplomatlar bu məsələ ilə bağlı ciddi narazılıqlarını bildiriblər", məruzəçinin sözlərindən sitat gətirilir.

O xatırladır ki, Gəncə icra başçısına sui-qəsd edən şəxsin işgəncə izləri olan fotoşəkli yayıldıqdan bir neçə gün sonra Gəncədə nümayiş keçirilib, hadisə zamanı iki polis zabiti öldürülüb.

Bu iş üzrə 77 nəfər həbs edilib.

"Onların bəziləri deyir ki, nümayişdə iştirak etməyiblər. Hakimiyyət iddia edirdi ki, onlar hamısı amansız islam ekstremistləri idi. Tutulanlar həbsdə saxlanıldıqları zaman məruz qaldıqları işgəncələri ətraflı təsvir ediblər. Onların vəkillə təmin edilmək və ya ailələri ilə əlaqə saxlamaq imkanı yaradılmasından imtina edilib.

Məhkəmə prosesləri Gəncədə deyil, Bakıda keçirilib və bir çox jurnalistin proseslərdə iştirak etməsinə imkan verilməyib. İttihamların səhihliyi ilə bağlı ciddi problemlər olub, məhkəmə onları lazımi şəkildə tədqiq edə bilməyib.

"Saxlanılan şəxslərin hökumət əleyhinə nümayişdə həbs edilməsi faktı və hakimiyyətin onların dini ekstremist olması barədə bəyanatları, habelə ciddi prosessual nöqsanlar həbs edilənlərin əksəriyyətinin, bəlkə hətta hamısının siyasi məhbus olduğunu ehtimal etmək üçün əsas verir", məruzəçi qeyd edib.

Assambleya Azərbaycan hakimiyyətinə müraciət edərək vətəndaş cəmiyyəti siyahılarında adları göstərilən şəxslərin işlərinə yenidən baxmağı və siyasi motivlərlə həbs olunanların hamısını azad etməyi xahiş edir.

Qətnamədə "siyasi məhbuslar problemini birdəfəlik həll etmək" təklif edilir.

Yerli hüquq müdafiəçilərinin siyahılarına əsasən siyasi məhbusların sayı 120 nəfərdən 136 nəfərə qədərdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG