Accessibility links

Ramin Cabbarlı: Bu rejim getmədən İranda heç bir millət haqlarını əldə edə bilməyəcək


Ramin Cabbarlı: Bu rejim getmədən İranda heç bir millət haqlarını əldə edə bilməyəcək
please wait

No media source currently available

0:00 0:14:52 0:00

Beynəlxalq insan hüquqlarını müdafiə təşkilatları İranda etirazlar zamanı təhlükəsizlik qüvvələrinin ifrat gücdən istifadə etməsi ilə bağlı dərin narahatlıq ifadə edib. Kütləvi etirazlar zamanı 100-dən çox insanın həyatını itirdiyi, onlarla insanın yaralandığı haqda məlumat verilib. Vaşinqton universitetində sosiologiya ixtisası üzrə doktorantura tələbəsi Ramin Cabbarlı Amerikanın Səsinə müsahibəsində İranda kütləvi etiraz aksiyaları, azərbaycanlıların aksiyalarda iştirakı və etnik azlıqların etirazlarının dinamikası haqda danışıb.

Bu etirazlar anti-rejim etirazları halına gəldi.

Ramin Cabbarlının bildirdiyinə görə, yanacaq qiymətlərinin artırılmasının ardınca başlayıb İranın 40-dan çox şəhərini bürüyən etiraz nümayişlərində insanlar təkcə iqtisadi durum deyil, hakimiyyətlə bağlı narazılıqlarını ifadə edib. “İndiki etirazlar sadəcə benzinin qiymətinin qalxması ilə bağlı izah ediləcək etirazlar deyil. Çünki bu etirazlar anti-rejim etirazları halına gəldi.”

Ramin Cabbarlı İrana qarşı tətbiq edilmiş sanksiyaların ölkə iqtisadiyyatının daha da zəifləməsinə səbəb olduğunu vurğulayıb. “İranın ölkədəki siyasətinə görə, İranın Qərblə bağlı siyasətinə görə, eyni halda bölgədə olan neqativ roluna görə İrana qarşı sanksiyalar var və bu sanksiyalar İrandakı vəziyyəti, İrandakı siyasi vəziyyəti daha da pisləşdirdi. Və insanlar buna qarşı, bütünlüklə rejimin bu siyasətinə qarşı, daxili və xarici siyasətinə qarşı etiraza başladılar.”

Azərbaycanlılar və başqa millətlər də anlayırlar ki, onlar da haqlarına çatmaq üçün bu rejim getməlidir.

Azərbaycanlıların aksiyalarda geniş iştirakından danışan Ramin Cabbarlı İran Azərbaycanının bölgələrində ağır iqtisadi durumun mövcud olduğunu qeyd edib. “Çünki əsas investisiyalar indiyə qədər farslar yaşayan bölgələrdə olub və bunlar təsirini göstərib. Eyni halda, azərbaycanlılar və başqa millətlər də anlayırlar ki, onlar da haqlarına çatmaq üçün bu rejim getməlidir. Bu rejim getmədən heç bir millət İran çərçivəsində haqlarını əldə edə bilməyəcək.”

Ramin Cabbarlı bildirib ki, etiraz nümayişlərinin genişləndiyi halda mümkün ssenarilərlə bağlı bir söz demək hələlik mümkün deyil. Lakin onun fikrincə, iqtisadi durumun yaxşılaşmadığı fonda etirazların davam etməsi İran rejiminin “çətin vəziyyətə düşməsinə” gətirib çıxara bilər. “Əgər etirazlar bu şəkildə davamı olarsa, məncə, rejimin ya xarici siyasətində ciddi dəyişikliyə gətirib çıxara bilər. Bu da mümkünsüz görünür, çünki rejim ideoloji olaraq Amerikaya qarşı bir ideologiya əsasında formalaşıb və bunun dəyişməsi mümkün görünmür. Amma əgər etirazlar davamlı olarsa və İranın gələcəyi ilə bağlı hər bir analaşma olarsa, iqtisadi problemlər də həll olmadan qalarsa, məncə rejim çox ağır bir vəziyyətə düşə bilər və hətta davam edərsə, rejim dəyişikliyinə gətirib çıxara bilər.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG