Accessibility links

AXCP sədri işgəncələrə məruz qaldığını bildirib


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli axşam saatlarında sərbəst buraxılıb. O, saxlanılarkən ağır işgəncələrə məruz qoyulduğunu bildirib.

Əli Kərimli oktyabrın 19-da mitinqə cəhd zamanı çoxsaylı polis tərəfindən saxlanılıb.

Əli Kərimli saxlaıldıqdan sonra
Əli Kərimli saxlaıldıqdan sonra

AXCP sədri Osmanqızı TV internet televiziyasının canlı efirində saxlanıldıqdan sonra boğulduğunu və döyüldüyünü deyib. Kərimlinin baş nahiyyəsində sarğı var.

Həyatımla sınağa çəkildim. Elə bir məqam oldu ki, özləri gördülər ki, ürəyim dözmədi, yəqin ki, daha ayılmayacam. Köynəyimi, maykamı əynimdən cırıb çıxardılar. Avtobusdakı bütün suları üstümə tökdülər.
Əli Kərimli, AXCP sədri

“Məni boğurdular. Məni ayrıca bir avtobusa mindirdilər. 4-5 polis əməkdaşı qollarıma qandal vurub yerə yıxdı və döyməyə başladılar. Çoxsaylı zərbələr endirdilər. Video kameralarının qarşısında məni döyürdülər. Deyirdilər daha xalqı ayağa qaldırma. Döyülmə avtobusun içiərisində baş verirdi. Başıma vururdular, saçımdan tutub qaldırırdılar. Avtobusda döyülməm üç raundda baş verdi. Hamısı da kameraya çəkilirdi. Orada vanna otağı kimi yeri kafelli bir otağa saldılar. Yenidən dedilər ki, çəkiliş olacaq, söz verməlisən ki, mübarizədən əl çəkirsən. Bu barədə açıqlama verməlisən. Dedim öldürün. Sonra yenidən döyməyə başladılar. Sonradan vanna otağında qanımı təmizləmək üçün adam çağırdılar. Saat yarım ərzində 6-7 adam tərəfindən döyülmək çox əziyyətlidir. Amma mənim həyatıma təhlükəni boğulmağım yaratdı. Təpiyi boğazıma qoyub deyirdilıər ki, onlar dediyini deməliyəm. Bir neçəsi ayağımı, əllərimi tutur, digərləri təpiklə boğazımı sıxır və döyürdülər. Artıq danışa bilmirdim. Bir neçə dəfə toparlanıb dedim ki, məni artıq öldürürsünüz, belə tapşırıq var? Bir neçə dəfə də toparlanıb dedim ki, mən erməni əsirliyindəyəm? Sonra onların kamerasının qarşısında dedim ki, öldürün məni. Dedim ki, mən erməni əsirliyindəyəm. Dedim ki, bu artıq döymək yox, adam öldürməkdir. Allahıma çox şükür edirəm ki, mənə güc verdi, bu ağır imtahandan keçə bildim. Mən zatən, cani-könüldən demişdim ki, canım fəda bu millətə. Azadlıq qurbanlar tələb edir. Həyatımla sınağa çəkildim. Elə bir məqam oldu ki, özləri gördülər ki, ürəyim dözmədi, yəqin ki, daha ayılmayacam. Köynəyimi, maykamı əynimdən cırıb çıxardılar. Avtobusdakı bütün suları üstümə tökdülər. Mənə su verdilər və özləri kömək etdilər, özümə gəldim. Sonra məni Xətai Rayon Polis İdarəsinə apardılar. Amma Xətai Polis İdarəsində heç bir qeyri-qanuni münasibət görmədim. Onlar məni Daxili İşlər Nazirliyinin hospitalına apardılar. Həkimlər məni xərəkdə müayinəyə apardılar. Rentgendən keçirdilər. Dedilər sınıq yoxdur, daxili orqanlarımda partlama yoxdur. Həyat üçün təhlükəli heç nə yoxdur. Üç həftəyədək reabilitasiya olunacaq, əzilmələr var. Başıma altı tikiş qoyublar. Ən çox xəsarəti başımdan almışam. Sonra gətirib evimin 300-400 metirliyində məni sərbəst buraxdılar,” AXCP sədri qeyd edib.

Əli Kərimli mübarizəni davam etdirəcəyini bildirib.

“Bizim mübarizəmiz haqq mübarizəsidir. Azərbaycanda hüquqi dövləti bərpa edəcəyik,” o qeyd edib.

XS
SM
MD
LG