Accessibility links

Duman Radmehr: İran rejiminin irqçi siyasətinə təpkilər davamlı olmalıdır


Duman Radmehr
Duman Radmehr

Duman Radmehrin sözlərinə görə, qeyri-fars fəallar İran hakimiyyətinin assimilyasiya siyasəti istiqamətində ortaya qoyduğu müxtəlif layihələrə təpki göstərirlər, lakin bu təpkilər uzunmüddətli olmur və davamlı xarakter daşımır.

Duman Radmehr Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:13:44 0:00

İsveçdə yaşayan siyasi şərhçi Amerikanın Səsi ilə söhbətdə İran Təhsil Nazirliyinin bu yaxınlarda irəli sürdüyü “farsca yetərlilik testi” təşəbbüsünün mahiyyətini şərh edib. O, həmçinin türklər və digər qeyri-fars icmalara mənsub qüvvələrin həmin layihəyə təpkilərini dəyərləndirib.

Təhsili naziri müavini Rizvan Həkimzadənin İsrail ərəbləri ilə bağlı yazdığı bir kitabda, bir şəxsin öz dilində yazıb oxuya bilməməsinə cinayət ya mədəni repressiya adı verir.

Duman Radmehr ibtidai təhsil üzrə təlim və tərbiyə nazirinin müavini Rizvan Həkimzadə tərəfindən açıqlanan layihənin irqçi mahiyyət daşıdığını vurğulayır: “Bu, İrandakı uzun müddətli assimilyasiya siyasəti istiqamətində irəli sürülən irqçi bir layihədir.”

Bu layihənin ilk mərhələdə məktəbəqədər uşaqlar üzərində tətbiq ediləcəyini bildirən təhsil nazirliyi rəsmilərinin açıqlamalarına görə, hazırlıqların tamamlandığı bölgələrdə 4 yaşındakı qeyri-fars uşaqlar da “farsca yetərlilik testindən keçirilə biləcəklər.

İranın təhsil nazirliyi layihənin qeyri-fars uşaqlara bərabər təhsil şəraiti təmin etmək istiqamətində hazırlandığını iddia edir.

Duman Radmehr isə təhsil naziri müavininin İsrail təhsil sistemi ilə bağlı yayımladığı yazılara işarə edərək deyir ki, “bu layihəni açıqlayan xanım Rizvan Həkimzadə özü də bu addımın mədəni bir cinayət olduğunu bilir.”

Rizvan Həkimzadə, ibtidai təhsil üzrə İran təlim və tərbiyə nazirinin müavini
Rizvan Həkimzadə, ibtidai təhsil üzrə İran təlim və tərbiyə nazirinin müavini

“Rizvan Həkimzadə İsrailin təhsil sistemi üzrə bir neçə məqalə və kitab yayımlayıb. Onun ‘İsrail dərsliklərində irqçilik təlimi’ adlı bir kitabı var. Orada belə yazır; İsraildə mədəni repressiya nəticəsində ərəb yəhudilər öz dilləri ilə tanış ola bilmirlər. Ərəb dilində danışsalar da yazıb oxuya bilmirlər. Şübhəsiz ki bu bir kültürəl cinayətdir,” deyə Radmehr bildirir.

Davamlılıq şərtdir. Bu mənada ki, bir olay baş verəndə, həyəcan içində toplanırıq və bir addımlıq etirazımız olur. Sonra növbəti bir etiraza qədər heç bir əməkdaşlıq olmur. Davamı gəlmir.

Türk fəal əlavə edir, “İsrail ilə bağlı yazılanların doğru olub olmadığını bilmirik. Amma xanım Həkimzadə bir şəxsin öz dilində yazıb oxuya bilməməsinə ən azından cinayət ya mədəni repressiya adı verir. Və bunun eynisini 100 ildir İranda tətbiq etməkdədirlər... Həkimzadə özü bilir hansı yöndə addım atdıqlarını...”

Onun fikrincə, İran hakimiyyəti “farsca yetərlik testi” layihəsi ilə irqçilik siyasəti istiqamətində bir addım irəli atmışdır.

Duman Radmehr layihə açıqlandıqdan sonra, xüsusilə sosial mediada göstərilən təpkilərin təsirli olduğunu ifadə edir və Azərbaycan şəhərlərində bəzi millət vəkillərinin etiraz bildirdiyinə diqqət çəkir.

Lakin, onun dediklərinə görə, bu növ etirazlar davamlı olmadıqları üçün ümumiyyətlə məqsədə çatmırlar.

“Bizim hərəkat daxil olmaqla, İranda qeyri-fars millətlərin hərəkatı daha çox təpkisəldir. Bu təpkilər də daha çox təhqirlərə qarşı göstərilir. Yəni, bir təhqir və aşağılama olmayınca, bizim təpkimiz də kəskin və məqsədəuyğun olmur... Davamlılıq şərtdir. Bu mənada ki, bir olay baş verəndə, həyəcan içində toplanırıq və bir addımlıq etirazımız olur. Sonra növbəti bir etiraza qədər heç bir əməkdaşlıq olmur. Davamı gəlmir..,” Duman Radmehr əlavə edir.

XS
SM
MD
LG