Accessibility links

Cəmil Həsənli: Azərbaycan-Amerika münasibətlərinin 100 ili tamam olur


Cəmil Həsənli
Cəmil Həsənli

Mayın 28-də Azərbaycan-Amerika münasibətlərinin 100 ili tamam olur. Tarix elmləri doktoru Cəmil Həsənlinin Amerikanın Səsinə təqdim etdiyi məqaləni diqqətinizə çatdırırıq.

May aynın 28-i yalnız Azərbaycan Cümhuriyyətinin yarandığı gün deyil, həm də Azərbaycan - Amerika münasibətlərinin başlanğıcının qoyulduğu tarixi gündür. 2019-cu ilin may ayının 28-də həmin tarixi hadisənin 100 illiyi tamam olur. Bu əlaqələrin bünövrəsi 1919-cu ilin may ayının 28-də Amerika prezidenti Vudro Vilsonun Parisdə Azərbaycan sülh heyətinin başçısı Əlimərdan bəy Topçubaşını qəbul etməsi ilə qoyuldu.

This image contains sensitive content which some people may find offensive or disturbing.
ABŞ-Azərbaycan bayraqları
ABŞ-Azərbaycan bayraqları

Məlum olduğu kimi, 1918-ci ilin pa­yı­zın­da al­man-türk blo­ku dün­ya müharibəsin­də məğ­lub ol­du. Oktyab­rın 30-da Tür­ki­yə Mud­ros ba­rı­şı­ğı­nın ağır şərt­lə­ri­nə im­za at­ma­lı ol­du. Mud­ros ba­rı­şı­ğı­nın on bi­rin­ci mad­də­si­nə gö­rə, Tür­ki­yə or­du­su tez­lik­lə Azər­bay­ca­nı və bütün Güney Qafqazı tərk et­mə­li idi. Mudrosun şərtlərinə dayanaraq Osman­lı ordularının bir həf­tə­dən gec olmayaraq Ba­kı­dan, bir ay­dan gec ol­ma­ya­raq bü­tün Azər­bay­can­dan çıx­maq ba­rə­də Müttəfiqlər ul­ti­ma­tum vermiş­di­lər. Buna uyğun olaraq 1918-ci ilin noyabr ayının 10-da türk qoşunları Bakını tərk etdi.

Elə hə­min gün Baş nazir Fətəli xan Xoyski və xa­ri­ci iş­lər na­zi­ri və­zi­fə­si­ni ic­ra edən Adil­ xan Zi­yad­xa­nov dün­ya mü­ha­ri­bə­si­nin son mər­hə­lə­sin­də həl­le­di­ci döv­lə­tə çev­ril­miş ABŞ-ın pre­zi­den­ti, mü­ha­ri­bə­dən son­ra­kı ye­ni­dən­qur­ma­nın memarı he­sab edi­lən məşhur "14 sülh prinsiplərinin" müəllifi Vud­ro Vil­so­na teleq­raf­la mü­ra­ci­ət et­di­lər. Te­leq­raf­da Azər­bay­can Res­pub­li­ka­sı­nın müstəqilliyi­nin dün­ya döv­lət­lə­ri tə­rə­fin­dən ta­nın­ma­sı­na pre­zi­dent Vudro Vilsonun kö­mək et­mə­si xa­hiş edi­lir­di. Ora­da de­yi­lir­di: "Avro­pa­nın bö­yük dövlət­lə­ri­nə mü­ra­ci­ət et­məz­dən əv­vəl Azər­bay­can xal­qı və hö­ku­mə­ti əzi­lən kiçik xalq­la­rın mü­da­fi­ə­çi­si ki­mi Si­zin hu­ma­nist şəx­siy­yə­ti­ni­zə mü­ra­ci­ət edib yar­dım al­ma­ğa və ta­nın­ma­ğa ümid bəs­lə­yir". Çünki Birinci Dünya müharibəsinin sonlarında Vilsonun 14 sülh prinsipləri bütün dünyada geniş yayılmış, kiçik xalqlar tərəfindən rəğbətlə qarşılanmışdı.

This image contains sensitive content which some people may find offensive or disturbing.
1919-cu il Paris Sülh Konfransı
1919-cu il Paris Sülh Konfransı

İstiq­la­lı­mız Sülh konf­ran­sın­da qə­bul olu­nub ta­nı­na­caq­dır. Biz ümid­va­rıq ki, Sülh konf­ran­sın­da Ame­ri­ka­nın bü­tün ca­ha­na elan et­di­yi dek­la­ra­si­ya ilə de­mok­ra­tik İngil­tə­rə və Fran­sa cüm­hu­riy­yət­lə­ri tə­rə­fin­dən öz is­tiq­la­lı­na cəhd edən bir mil­lə­tin hü­qu­qu tap­da­lan­ma­ya­caq­dır.
Fətəli xan Xoyski, Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri

​1918-ci ilin dekabrında ye­ni tə­sis edil­miş Azər­bay­can Par­la­men­ti özü­nün ilk ic­las­la­rın­da dün­ya xalqla­rı­na və par­la­ment­lə­ri­nə, habe­lə mü­ha­ri­bə­dən son­ra­kı dün­ya dü­zə­ni­nin baş me­ma­rı he­sab edilən ABŞ pre­zi­den­ti Vudro Vil­so­na mü­ra­ci­ət qə­bul et­di. Mü­ra­ci­ət­də par­la­ment­li res­pub­li­ka ki­mi, Azərbay­ca­nın is­tiq­la­liy­yə­ti­nin tanınma­sı xa­hiş edi­lir­di. De­kabr ayının 26-da ke­çi­ri­lən par­la­ment icla­sın­da hö­ku­mət proq­ra­mı ilə çıxış edən Fətəli xan Xoys­ki xa­ri­ci si­ya­sət mə­sə­lə­lə­ri­nə, ümum­dün­ya Sülh konf­ran­sı­na ha­zır­lı­ğın ge­di­şi və xa­ri­ci iş­lər na­zir­li­yi­nin fə­a­liy­yət is­ti­qa­mət­lə­ri­nə ge­niş yer ver­di. O qeyd et­di ki, beşil­lik dün­ya müharibə­sin­dən son­ra çağ­rı­lan Sülh konf­ran­sın­da bi­zim baş­lı­ca mə­sə­lə­miz istiq­la­liy­yə­ti­mi­zin təs­di­qi mə­sə­lə­si ola­caq­dır.

Fə­tə­li xan de­di: "İstiq­la­lı­mız Sülh konf­ran­sın­da qə­bul olu­nub ta­nı­na­caq­dır. Biz ümid­va­rıq ki, Sülh konf­ran­sın­da Ame­ri­ka­nın bü­tün ca­ha­na elan et­di­yi deklarasi­ya ilə de­mok­ra­tik İngil­tə­rə və Fran­sa cüm­hu­riy­yət­lə­ri tə­rə­fin­dən öz istiq­la­lı­na cəhd edən bir mil­lə­tin hü­qu­qu tap­da­lan­ma­ya­caq­dır. Bu cür hö­ku­mət nü­ma­yən­də­lə­rin­dən iba­rət ca­han məh­kə­mə­si olan Sülh konf­ran­sın­da bi­zim sö­zü­müz eşi­di­lə­cək­dir."

Vudro Vilson, ABŞ prezidenti
Vudro Vilson, ABŞ prezidenti

Paris Sülh Konfransına yollanmış Azər­bay­can nü­ma­yən­də he­yə­ti 1919-cu ilin may ayı­nın 28-də pre­zi­dent Vudro Vil­son tə­rə­fin­dən qə­bul edil­di. Bu­nun­la bağlı Əlimərdan bəy Topçubaşı ya­zır­dı: "Bi­zim nü­ma­yən­də he­yə­ti­nin pre­zi­dent Vud­ro Vil­son tə­rə­fin­dən qə­bu­lu­nu çox bö­yük ha­di­sə he­sab et­mək la­zım­dır, çün­ki baş­qa Antan­ta döv­lət­lə­ri­nin baş­çı­la­rı ki­mi, o, da nü­ma­yən­də he­yət­lə­ri­ni qə­bul et­mir". Əlimərdan bəy Topçubaşi 100 il bundan əvvəl Birləşmiş Ştatların prezidenti Vudro Vilson tərəfindən qəbul edilmiş ilk Azərbaycan dövlət xadimi və Amerika prezidenti ilə görüşmüş ilk azə­r­bay­canlı idi.

Əlimərdan bəy Topçubaşı 100 il bundan əvvəl Birləşmiş Ştatların prezidenti Vudro Vilson tərəfindən qəbul edilmiş ilk Azərbaycan dövlət xadimi və Amerika prezidenti ilə görüşmüş ilk azə­r­bay­canlı idi.
Cəmil Həsənli, tarix elmləri doktoru

Gö­rüş za­ma­nı Azər­bay­can nümayən­də he­yə­ti­nin baş­çı­sı Topçu­ba­şı ABŞ Prezidenti Vil­so­na mü­ra­ci­ət edə­rək dedi ki, xalq­la­rın dinc ya­na­şı ya­şa­ma­sı, bü­tün millətlə­rin, o cüm­lə­dən ki­çik xalqların öz ta­le­yi­ni həll et­mə­si haq­qın­da ali prin­sip­lə­rin mü­əl­li­fi olan bö­yük Ame­ri­ka­nın pre­zi­den­ti Vil­so­nu Azər­bay­can nü­ma­yən­də he­yə­ti adın­dan gör­mə­yi və salamla­ma­ğı özü üçün xoş­bəxt­lik he­sab edir. Biz uzaq Qaf­qaz­dan, bu­ra­dan bir ne­çə min mil uzaq olan Azər­bay­can­dan gə­lə­rək xal­qı­mı­zın azad və müs­tə­qil hə­ya­tı üçün Si­zə min­nət­dar­lı­ğı­mı­zı bil­di­ri­rik. Qüd­rət­li Ame­ri­ka­nın nü­ma­yən­də­si ki­mi Si­zə müraci­ət edib xa­hiş edi­rik ki, cə­nab pre­zi­dent, bi­zim öl­kə­miz, bi­zim xal­qı­mız və elə bi­zim özü­müz haq­qın­da mə­lu­mat­la­rı biz­dən eşi­də­si­niz. Çün­ki biz Avropa və Ame­ri­ka mət­bu­a­tın­da tez-tez Azər­bay­can haq­qın­da səhv, saxtalaşdı­rıl­mış və hə­qi­qə­tə uy­ğun ol­ma­yan mə­lu­mat­la­rın ve­ril­diyini eşit­mə­li olu­ruq. Düz­dür, bi­zi hə­lə yax­şı ta­nı­mır­lar, biz in­di bi­rin­ci də­fə­dir ki, Avropadayıq, la­kin Si­zi əmin edi­rik ki, müs­tə­qil ya­şa­maq üçün biz­də hər şey var­dır. Biz ümid edi­rik ki, konf­rans bi­zi din­lə­yə­cək və biz Mil­lət­lər Cə­miy­yə­ti­nə bu­ra­xı­la­ca­ğıq. Biz əmi­nik ki, bü­tün xalq­lar ki­mi, biz də Si­zin bö­yük prinsipləriniz əsa­sın­da yar­dım ala­ca­ğıq... Biz bil­di­ri­rik ki, nə Kol­ça­kın, nə Deniki­nin, nə də köh­nə Ru­si­ya im­pe­ri­ya­sı­nın hü­dud­la­rın­da ha­ki­miy­yə­ti bər­pa et­mək niy­yə­tin­də olan qey­ri bi­ri­si­ni ta­nı­ya­ca­ğıq. Biz Azər­bay­can üçün yal­nız öz par­la­men­ti­mi­zi və öz hö­ku­mə­ti­mi­zi ta­nı­yı­rıq və ta­nı­ya­ca­ğıq". Top­çu­ba­şi Azər­bay­can Res­pub­li­ka­sı nü­ma­yən­də­lə­ri­nin me­mo­ran­du­munu Amerika prezidenti­nə təq­dim etdi.

Əlimərdan bəy Tobçubaşı
Əlimərdan bəy Tobçubaşı

Pre­zi­dent Vil­so­na təq­dim edi­lən me­mo­ran­dum qı­sa ta­ri­xi-si­ya­si səp­gi­də hazırlan­mış­dı. Ora­da Qaf­qaz­da və Azər­bay­can­da cə­rə­yan edən ha­di­sə­lər təsvir edil­ir, Versal Sülh Konfransı­nın rəh­bər­lə­rin­dən bi­ri ki­mi Amerika Prezidenti Vil­so­na Azər­bay­can nü­ma­yən­də­lə­ri­nin tə­ləb­lə­ri ve­ri­lir­di. Memorandum­da Mər­kə­zi Ru­si­ya­da bol­şe­vik in­qi­la­bın­dan son­ra 1918-ci ilin may ayı­nın 28-də Azərbaycan Mil­li Şu­rası­nın Azər­bay­can xal­qı­nın ira­də­si­ni ifa­də edə­rək müs­tə­qil res­pub­li­ka ya­rat­dı­ğı qeyd edi­lirdi. ­Sə­nəd­də Azərbaycanın coğ­ra­fi və et­noq­ra­fik ba­xım­dan Ru­si­ya ilə əla­qə­si ol­ma­dı­ğı göstə­ri­lir­di: "Bi­zim öl­kə­nin coğ­ra­fi və­ziy­yə­ti­nə diq­qət ye­ti­ril­sə, onun Ru­si­ya­dan ay­rı qru­pa aid ol­du­ğu­nu asan­lıq­la gör­mək olar. Qaf­qaz sı­ra dağ­la­rı onu Rusiya­dan ayı­rır, et­noq­ra­fik ba­xım­dan da be­lə­dir, bi­zim xal­qın Ru­si­ya­nın slavyan xalq­la­rı ilə heç bir ümu­mi cə­hə­ti yox­dur".

Bi­zim öl­kə­nin coğ­ra­fi vəziy­yə­ti­nə diq­qət ye­ti­ril­sə, onun Ru­si­ya­dan ay­rı qru­pa aid ol­du­ğu­nu asan­lıq­la gör­mək olar. Qaf­qaz sı­ra dağ­la­rı onu Ru­si­ya­dan ayırır, et­noq­ra­fik ba­xım­dan da be­lə­dir, bi­zim xal­qın Rusi­ya­nın slav­yan xalq­la­rı ilə heç bir ümu­mi cə­hə­ti yox­dur
Azərbaycan nümayəndə heyətinin memorandumundan sitat

Me­mo­ran­du­mun axı­rın­da göstərilirdi ki, Azər­bay­can xal­qı qə­ti şə­kil­də bu ümid­də­dir ki, bü­tün dünya­da sül­hün və təh­lü­kə­siz­li­yin car­çı­sı kimi, bü­tün bey­nəl­xalq müna­qi­şə­lə­rin va­si­tə­çi­si kimi si­zin hi­ma­yə­dar­lı­ğı­nız sa­yə­sin­də onun mil­li eh­ti­yac­la­rı ödə­ni­lə­cək­dir.

Gö­rüş za­ma­nı Azər­bay­can nümayən­də he­yə­ti­nin tə­ləb­lə­ri Vilso­na ve­ril­di. Altı bənd­dən iba­rət olan bu tə­ləb­lər­də pre­zi­dent­dən xahiş edi­lir­di:

1. Azər­bay­ca­nın müs­tə­qil­li­yi tanınsın;

2. Vil­so­n prin­sip­lə­ri Azər­bay­ca­na da şa­mil edil­sin;

3. Azər­bay­can nü­ma­yən­də­lə­ri sülh konf­ran­sı­na bu­ra­xıl­sın;

4. Azər­bay­can Mil­lət­lər Cə­miy­yə­ti­nin üzv­lü­yü­nə qə­bul edil­sin;

5. ABŞ-ın hər­bi de­par­ta­ment­li­yi Azər­bay­ca­na hər­bi yar­dım gös­tər­sin;

6. ABŞ-la Azər­bay­can Res­pub­li­ka­sı ara­sın­da dip­lo­ma­tik mü­na­si­bət­lər ya­ra­dıl­sın.

Da­nı­şıq­lar za­ma­nı ABŞ tə­rə­fin­dən bu tə­ləb­lə­rin qə­bul edi­lə­cə­yi təq­dir­də Topçu­ba­şi Azər­bay­ca­nın keç­miş­də tər­ki­bin­də ol­du­ğu çar Ru­si­ya­sı­nın borcların­dan öz pa­yı­na dü­şə­ni təd­ri­cən ödə­yə­cə­yi­nə tə­mi­nat ve­rir­di.

Söh­bət za­ma­nı Vil­son Azər­bay­can nü­ma­yən­də­lə­ri­ni gör­mə­yə və Azər­bay­can haq­qın­da xey­li məlumat al­dı­ğı­na çox şad ol­du­ğu­nu bil­dir­di. La­kin Azərbaycanın müs­tə­qil­li­yi­nin ta­nın­ma­sı mə­sə­lə­si­ni açıq sax­la­ya­raq o de­di:

1. Ame­ri­kalı­lar dün­ya­nı ki­çik his­sə­lə­rə böl­mək is­tə­mir­lər;

2. Əgər Azər­bay­can Qaf­qaz Fe­de­ra­si­ya­sı ya­rat­maq fik­ri­nə qo­şul­sa, bu, onun üçün yax­şı olar;

3. Bu kon­fe­de­ra­si­ya Mil­lət­lər Cə­miy­yə­ti­nin tək­li­fi ilə hər han­sı­ bir döv­lə­tin kömə­yi­nə ar­xa­la­na bi­lər;

4. Azər­bay­can mə­sə­lə­si "rus mə­sə­lə­si"n­dən əv­vəl həll edi­lə bil­məz.

Da­nı­şıq­lar za­ma­nı yer­lər­də və­ziy­yə­ti öy­rən­mək üçün Qaf­qa­za xü­su­si Ame­ri­ka mis­si­ya­sı gön­də­ri­lə­cə­yi ba­rə­də Azər­bay­can nü­ma­yən­də­lə­ri­nə mə­lu­mat ve­ril­di. La­kin bu mis­si­ya xey­li gec, yal­nız 1919-cu ilin okt­yab­rın­da gə­lib Ba­kı­ya çıx­dı.

Vil­son tə­rə­fin­dən Əlimərdan bəyin qə­bul edil­mə­si xə­bə­ri 1919-cu ilin may ayının 30-da radio mə­lu­mat­la­rın­dan alın­mış və Ba­tu­ma gə­lən fran­sız mət­bu­a­tı da bu fak­tı təs­diq et­miş­di. Bu za­man Azər­bay­can­da is­tiq­la­lın bi­rin­ci il­dö­nü­mü tən­tə­nə­li şə­kil­də ke­çi­ri­lir­di. Par­la­men­tin bay­ram ic­la­sın­da­kı çı­xı­şın­da Na­zir­lər Şu­ra­sı­nın səd­ri Nəsib bəy Usub­bə­yov sülh konf­ran­sı­na bö­yük ümid bəslədiyini bil­di­rə­rək de­yir­di: "Azər­bay­ca­nın müs­tə­qil­li­yi baş ver­miş bir fakt­dır. Mən sülh konf­ran­sı­nın son sö­zü­nü tam so­yuq­qan­lıq­la göz­lə­yi­rəm. Ağlım kəsmir ki, dün­ya­nın ən mə­də­ni xalq­la­rı­nın nü­ma­yən­də­lə­ri Azər­bay­can türklərinin ar­zu və is­tək­lə­ri­nə bi­ga­nə qal­sın­lar. Əks təq­dir­də mən­də bu xalqların mə­də­ni xalq­lar ol­ma­sı­na şüb­hə oya­nar­dı və Azər­bay­can türk­lə­ri gələ­cək­də öz mü­qəd­də­rat­la­rı­nı tə­yin et­mək ki­mi mü­qəd­dəs bir hü­qu­qu hə­ya­ta ke­çir­mə­yə ça­lı­şar­kən bö­yük mə­də­ni xalq­la­rı fa­na­tiz­mə və di­ni əda­və­tə gö­rə mə­zəm­mət et­mək­də haq­lı olar­dı­".

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG