Accessibility links

İstanbulda seçkinin ləğv olunması ilə lirə dəyər itirib


İstanbulda seçkinin ləğv olunması ilə lirə dəyər itirib
please wait

No media source currently available

0:00 0:01:37 0:00

Türkiyənin seçki şurasının İstanbul bələdiyyə seçkilərinin nəticələrini ləğv edib, yenidən seçki keçirmək qərarından sonra çərşənbə axşamı ölkənin maliyyə bazarlarında dəyərlər düşüb.

Türkiyə lirəsi çərşənbə axşamı təhlükəli vəziyyətlə üzləşib.

Buna səbəb seçki rəsmilərinin İstanbulda bələdiyyə seçkilərinin nəticələrini ləğv edib, yenidən seçki keçirilməsinə qərar verməsi olub.

Seçkilərə bəzi ‘çirkli əllərin’ cəlb olunduğu və məsələni addım-addım bu nöqtəyə gətirdikləri aydın oldu.
Rəcəb Tayyib Ərdoğan

Valyutanın dəyəri 1.3 faiz azalıb, Türkiyə səhmlərinin 1.9 faizi satılıb.

Prezident Ərdoğan mart ayında keçirilən və onun partiyasının məğlub olduğu seçkinin nəticələrinin nə səbəblə ləğv olunduğunu açıqlayıb.

“Seçkilərə bəzi ‘çirkli əllərin’ cəlb olunduğu və məsələni addım-addım bu nöqtəyə gətirdikləri aydın oldu”, o deyib.

Müxalifət bu qərarı demokratiyaya zərbə kimi qiymətləndirib.

Onların tərəfdarları isə deyir ki, onlar gələn ay keçiriləcək təkrar seçkilərdə yenidən səs verəcək.

“Heç bir haqq-hüquq yoxdur, amma biz yenə də seçki məntəqəsinə gedib, səsimizi verərik. Hər şey çox gözəl olacaq və bu dəfə daha yüksək səs fərqi ilə qalib gələcəyik” -deyə, İstanbul sakini Şenay Can bildirib.

Lirə ötən il 30 faiz dəyər itirəndən sonra bu il də 14 faiz dəyər itirib. Bundan əlavə ölkədə inflasiya və işsizlik yüksək səviyyədədir.

Türkiyə lirəsi
Türkiyə lirəsi

Mərkəzi bankın siyasəti və ABŞ sanksiyaları təhlükəsi ilə bağlı narahatlıq mövcuddur.

Ərdoğan onun sözü ilə “Türkiyə iqtisadiyyatına hücuma” qarşı mübarizə aparacağına söz verib.

Lakin çərşənbə axşamı səhmlərin də qəflətən kəskin şəkildə satılması onu göstərir ki, bazarlarda bu ritorikaya etimad yoxdur.

XS
SM
MD
LG