Accessibility links

Qəzzəlilər İsrailə raket atıb, İsrail isə hava hücumu ilə cavab verib


Qəzzəli militantlar şənbə günü İsrailə onlarla raket atıb, İsrailin keçiridiyi hava hücumu nəticəsində isə bir fələstinli həlak olub. Bu, sərhəddə zorakılığın artıq ikinci gündür davam etdiyi vaxta təsadüf edib.

Fələstinli militantlar İsrail şəhərləri və kəndlərinə doğru 90-dan çox raket atandan sonra İsrail anklava qarşı hava və tank hücumları həyata keçirib. Bu barədə ordu məlumat verib.

Qəzzə Səhiyyə Nazirliyi bildirib ki, həlak olan fələstinli kişinin 22 yaşı olub. Onun militanat və ya mülki vətəndaş olduğu isə hələ ki, bəlli deyil.

Mayın 4-də Qəzza zolağında çəkilmiş bu fotoda İsrailə doğru raketlərin atıldığı göstərilir.
Mayın 4-də Qəzza zolağında çəkilmiş bu fotoda İsrailə doğru raketlərin atıldığı göstərilir.

İsrailin baş naziri Beynamin Netanyahu şənbə günü məsələni müzakirə etmək üçün təhlükəsizlik rəhbərləri ilə görüş keçirəcək. Bu barədə onun aparatından bir mənbə xəbər verib.

Cümə günü baş verən zorakılıq

Cümə günü Qəzzəni idarə edən islamçı Həmas qrupunun iki militantı İsrailin həyata keçirdiyi hava hücumu nəticəsində ölüb. İsrail ordusu bu hava hücumunun İsrailin iki əsgərinin yaralanmasına səbəb olan Qəzzədən açılan atəşə cavab olduğunu bildirib.

Qəzzənin səhiyyə rəsmiləri deyib ki, cümə günü sərhəd yaxınlğında hər həftə keçirilən etirazlarda iştirak edərkən vurulan iki digər fələstinli aldıqları xəsarət nəticəsində həyatlarını itirib. İsrail ordusu sərhədə 5200-ə yaxın fələstinlinin toplaşdığını bildirib.

Hücumlardan birinin məsuliyyətini Fələstinin Qurtuluşu naminə Fələstin Demokratik Cəbhəsi üzərinə alıb. Qrup İsrailin Aşkelon şəhərinə raketlər atdığını bildirib.

İsrail ordusu hava və tank hücumlarının raket atanları və Həmasın mövqelərini hədəf aldığını bildirib.

Qəzzənin səhiyyə rəsmiləri İsrailin hücumlarından birində dörd fələstinlinin xəsarət aldığını bildirib. Raket barədə xəbərdarlıqlar nəticəsində sakinlər sığınacaqlara qaçdığı üçün İsrail tərəfindən ölən olmayıb.

Fələstinin Təhsil Nazirliyi İsrailin bombardmanına məruz qalan ərazilərdə məktəbləri evakuasiya etdiyini bildirib.

Misir danışıqları

Həmasın mart ayında Tel Əvivin şərqinə raket hücumu şiddərli döyüşlərə səbəb olandan sonra tərəflər arasında atəşkəsin elan olunmasına yarım edən misirli vasitəçilər gələcək zorakılıqların qarşısını almağa çalışır.

Həmas cümə axşamı yaydığı bəyanatda Qəzzənin rəhbəri Yəhya Əl-Sinvarın sərhədd sakitliyi qorumaq və anklavdakı çətinliklləri yüngülləşdirmək səyləri ilə bağlı danışıqlar üçün Qahirəyə səfər etdiyini bildirib.

İllərdir davam edən blokada və bu yaxınlarda xarici yardımın kəsilməsi səbəbilə iqtisadiyyatı çökən Qəzzədə iki milyona yaxın fələstinli yaşayır. Dünya Bankının verdiyi məlumata görə, işsizlik səviyyəsi 52 faizdir, yoxsulluq isə geniş yayılıb.

İsrail silahların son on ildə İsraillə üç müharibə aparan Həmasa çatmasının qarşısını almaq üçün blokadanın vacib olduğunu söyləyir.

XS
SM
MD
LG