Accessibility links

Oqtay Gülalıyev: Son zamanlar fəalların həbsi, işgəncələr, bəzi hallarda insanların qətli genişlənməkdədir


Hüquq müdafiəçisi Oqtay Gülalıyev aprelin 21-də baş prokuror Zakir Qaralova açıq məktubla müraciət edib.

Müraciətdə bildirlir ki, son zamanlar ictimai-siyasi fəalların, mülki şəxslərin şərlənib həbs olunması, təqib və təzyiqlərə, işgəncələrə məruz qalması, bəzi hallarda isə qətlə yetirilməsi halları genişlənməkdədir.

Gülalıyev Gəncə hadisələri, hərbi və mülki şəxslərin tutulduğu “Tərtər işi” zamanı insanların işgəncələrə məruz qalmasını, ağır cəzalara məhkum edilməsini, siyasi müxlifət və digər şəxslərin həbsini pisləyib.

Gəncə hadisələri ilə bağlı həbs edilənlər
Gəncə hadisələri ilə bağlı həbs edilənlər

​“10 iyul 2018-ci ildə Gəncədə baş vermiş məlum hadisələrlə bağlı Sabunçu rayon Məhkəməsində keçirilən proseslərdə bir daha aydın oldu ki, hadisələr zamanı həbs olunmuş şəxslər Gəncə polisində və Bakıda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə və qeyri-insani münasibətə məruz qalıblar. Bütün bunlar isə respublika prokurorluğunun yüksək vəzifəli əməkdaşlarının gözü qarşısında baş verib. Təqsirləndirilən şəxslərin əksəriyyəti öz çıxışlarında onlara verilən işgəncənin başında dayanan şəxslərdən birinin respublika prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin məsul əməkdaşı Orxan Babayevin dayandığını bildirirlər. Amma təqsirləndirilən şəxslərin və müdafiəçilərin çoxsaylı vəsatətlərinə baxmayaraq, nə Orxan Babayev məhkəməyə dəvət olunur, nə də onlara verilən dəhşətli, qeyri-insani işgəncə halları haqqında ölçü götürülür. Eyni zamanda, təqsirləndirilən şəxslərin əməllərinə adekvat olmayan, qanunvericiliyə zidd olan ittihamlar verilmiş və prosessual hərəkətlər düzgün icra edilməmişdir. Belə ki, cinayət hadisəsinin iştirakçısı (təşkilatçı, təhrikçi, əlbir və s.) olmadıqları halda onların barəsində eyni maddələrlə ittihamlar verilmiş (Cinayət Məcəlləsinin 15- 23 fərqli maddələri ilə) müstəqil vəkillər müdafiə işində olmamış, ailə üzvləri ilə əlaqə saxlanmasına imkan verilməmişdir...
Baş prokurorluğun “mütəşəkkil cinayətkar dəstə” kimi təqdim etdiyi şəxslərin əksəriyyəti bir-birini tanımır. Bu da ittihamın saxta və qurama olmasına dair şübhələri artırır.

Həbs edilən hərbçilərə ağlasığmaz, dəhşətli işgəncələr veriblər. “Xüsusi amansızlıq və qəddarlıqla işgəncə verən” (fikirlər Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019- cu il 1(098)-7/2019 saylı hökmündən götürülüb) vəzifəli şəxslərin qanunsuz əməlləri nəticəsində ən azı 8 nəfər qətlə yetirilib ki, həmin şəxslərin 4 nəfəri ölmündən sonra bəraət alıb.
Oqtay Gülalıyev, hüquq müdafiəçisi

Məhkəmənin gedişində aydın olur ki, 10 iyul 2018- ci il məlum Gəncə hadisələrindən sonra qətlə yetirilmiş 8 nəfər rəsmi qurumların dediyi kimi güc strukturlarına silahlı müqavimət göstərməyib və onlar həbs olunub qətlə yetirilərkən silahlı olmayıblar. Öldürülənlərdən biri Ağa Sərxaninin nəşi 9 aydır ki, dəfn olunması üçün ailəsinə təhvil verilmir,” hüquq müdafiəçisi yazır.

Gülalıyev eyni zamanda 2017-ci ildə Tərtərdə bir qrup hərbçinin müəmmalı qətli və kütləvi həbsi ilə nəticələnən hadisələrlə bağlı keçirilən məhkəmə prosesində, eləcə də onların valideynlərinin, müdafiəçilərinin verdiyi məlumatlara əsaslanaraq yazıb.

Vətənə xəyanətdə günahlandırlan hərbçiyə həbsdə verilən işgəncə
Vətənə xəyanətdə günahlandırlan hərbçiyə həbsdə verilən işgəncə

“Həbs edilən hərbçilərə ağlasığmaz, dəhşətli işgəncələr veriblər. “Xüsusi amansızlıq və qəddarlıqla işgəncə verən” (fikirlər Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019- cu il 1(098)-7/2019 saylı hökmündən götürülüb) vəzifəli şəxslərin qanunsuz əməlləri nəticəsində ən azı 8 nəfər qətlə yetirilib ki, həmin şəxslərin 4 nəfəri ölümündən sonra bəraət alıb. Dəhşətli və təəccüblü haldır ki, işgəncə verən vəzifəli şəxslərə qarşı irəli sürülən ittihamda adam öldürmə maddəsi İttiham aktından çıxarılıb. Halbuki məhkəmə sənədində açıq qeyd olunur ki, “hərbi qulluqçu Elçin Quliyev çox saylı zərbələr almış, baş beyin, ağciyər və böyrəkətrafı toxumalara qan sızması nəticəsində 06 may 2017- ci il tarixdə işgəncələrə məruz qaldığı və qanunsuz saxlanıldığı köhnə qərargah binasında ölmüşdür”. 100-lərlə hərbçinin- əsgər və zabitlərimizin məruz qaldığı dəhşətli və amansız işgəncələrin araşdırılması istiqamətində addımlar atılmır. Nəticədə 15 il həbs cəzası almış hərbçi İsmayıl Hüseynovun timsalında ədalət tapa bilməyən məhbuslar həbsxanada özünə qəsd edir,” o qeyd edib.

Respublika baş prokurorluğu başda olmaqla aidiyyatı qurumlar insanların qanunsuz həbs olunması, qətlə yetirilməsi, təzyiq və təqiblərə, ağır işgəncələrə məruz qalması hallarına ciddi reaksiya verməli, müvafiq addımlar atmalıdır.
Oqtay Gülalıyev, hüquq müdafiəçisi

Hüquq müdafiəçisi bununla yanaşı, siyasi müxalifətçinin ailə üzvünə qarşı fiziki zorakılıq edən şəxsə yüngül cəza veridliyini və ictimai-siyasi fəlların qanusuz olaraq təqib edildiyini, inzibati həbsə məruz qaldığını bildirir. Bununla yanaşı, prokurorluq orqanında işə düzəlmək yüksək vəzifəli şəxsə 200 min dollar rüşəvt verduiyini və sonra isə övladının zəhərlənərək öldürüldüyünü bildirən şəıxsin şikayəti üzrə isə araşdırma aparılmadığını bildirir.

“Çox təəssüf ki, yuxarıda qeyd etdiyim cinayət tərkibli ciddi qanun pozuntularına sizin və rəhbərlik etdiyiniz Respublika Baş Prokurorluğu tərəfindən nəinki lazımi reaksiya verilib, əksinə bu cinayətlərin bəzilərinin baş verməsində, ört-basdır edilməsində sizin qurumun bir sıra əməkdaşları bilərəkdən və ya bilməyərəkdən iştirak edib. Respublika baş prokurorluğu başda olmaqla aidiyyatı qurumlar insanların qanunsuz həbs olunması, qətlə yetirilməsi, təzyiq və təqiblərə, ağır işgəncələrə məruz qalması hallarına ciddi reaksiya verməli, müvafiq addımlar atmalıdır. Sizi yol verilmiş qanunsuzluqların aradan qaldırılması, işgəncə və qətl hərəkətləri barədə ciddi ölçü götürməyə çağırıram!” hüquq müdafiəçisi açıq məktubunda qeyd edir.

Yuxarıda sadalananlarla bağlı hələ hüquq mühafizə orqanlarından və məhkəmələrdən şərh almaq mümkün olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG