Accessibility links

AXCP fəalı həbs edilib


Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Aqil Hümbətov inzibati qaydada 30 günlük inzibati qaydada həbs edilib. Bu qərarı Xəzər rayon Məhkəməsi martın 16-da qərar qəbul edib.

Bu barədə Amerikanın Səsinə AXCP-dən bildiriblər.

Partiya fəalın konkret olaraq nədə ittiham olunduğu öyrənə bilməyib.

Hümbətov martın 15-də saxlanılıb. AXCP hesab edir ki, onun saxlanılmasının səbəbi sosial şəbəkələr vasitəsilə prezident İlham Əliyevə müraciətidir.

Bakının Zirə qəsəbəsinin sakini Hümbətov deyib ki, işsizdir və üç uşaq böyüdür, yerli hakimiyyət isə onun problemləri ilə maraqlanmır, buna görə zibilliklərdə karton toplayıb satmaqla çörəkpulu qazanmaq məcburiyyətindədir.

Rəsmi qurumlar fəalın həbsi ilə bağlı hələ məlumat yaymayıb.

Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinq ərəfəsində və mitinqdən sonra AXCP-nin altmışdan çox fəalı saxlanılıb. Onlardan 47 nəfəri 10 sutkadan 30 sutkayadək inzibati həbsə məhkum edilib. Partiya fəallarından 3 nəfəri artıq təkrarən inizbati həbsə məhkum edilib. AXCP-nin 22 fəalı 50 manatdan 500 manatadək inzibati qaydada cərimə olunub.

Azərbaycan rəsmiləri insanların dinc siyasi fəaliyyətlərinə görə təzyiq və həbslərlə üzləşməsi ilə bağlı deyilənləri qəbul etmir.

XS
SM
MD
LG