Accessibility links

Təcavüzdə günahlandırılan millət vəkili ilə bağlı ziddiyyətli xəbərlər


Şərqi Azərbaycan vilayətində millət vəkili Salman Xudadadinin təcavüzünə uğradığını söyləyən Zəhra Nəvidpurun gözlənilməz ölümündən 2 ay keçdikdən sonra İran mətbuatında deputata qarşı hökm çıxarıldığına dair ziddiyyətli xəbərlər yayılır.

Rəsmi dövlət qəzeti “İran” və islahatçı qruplara yaxın “Şərq” qəzetinin məlumatına istinadən, Salman Xudadadi təcavüz ittihamından bəraət qazanarkən, evlilikdən xaric cinsi əlaqə qurmaq ittihamı ilə təqsirli tanınıb.

Deputatın məhkum olunması ilə bağlı həm xəbərləri yayan, həm də bu xəbərləri təkzib edən mətbuat arasında İran hakimiyyətinə yaxın media qurumları görünməkdədir.

Həmin məlumata əsasən, Tehran vilayətinin cəza məhkəməsi evlilikdən xaric cinsi əlaqə qurmaqda təqsirli tanıdığı millət vəkilini 99 şallaq, 2 il sürgün və 2 il vəzifədən uzaqlaşdırma cəzasına məhkum edir.

Digər tərəfdən, yarı-rəsmi “Fars” xəbər agentliyi İran Parlamentinin “millət vəkillərinə nəzarət şurasının” sözçüsü Məhəmməd Cavad Camanliyə istinadən Xudadadinin məhkum edildiyinə dair xəbərləri təkzib edir.

Deputatın məhkum olunması ilə bağlı həm xəbərləri yayan, həm də bu xəbərləri təkzib edən mətbuat arasında İran hakimiyyətinə yaxın media qurumları görünməkdədir.

Yanvarın 6-da Şərqi Azərbaycan vilayətində 28 yaşlı Zəhra Nəvidpurun gözlənilməz ölümü geniş əks-səda doğurdu. Gənc qadın bir neçə ay əvvəl paylaşdığı audio və videolarda doğma şəhəri Məlikanın (Məlikkəndi) millət vəkili Salman Xudadadinin ofisində onun tərəfindən təcavüzə uğradığını bildirmişdi.

İran Azərbaycanı və ölkənin digər bölgələrində müxtəlif qruplar, o cümlədən türk fəallar gənc qadının millət vəkilinin göstərişi ilə qətlə yetirilmə ehtimalı və ya onun basqıları nəticəsində intihara məchur edildiyini önə çəkirlər.

Bir neçə dönəmdir İran Parlamentində Məlikkəndi və Binab şəhərinin millət vəkili olan 57 yaşlı Salman Xudadadi keçmişdə İnqilab Keşikçiləri Korpusunun (Sepah) komandirlərindən biri və Ərdəbil vilayətində “Ettelaat” idarəsinin sədri olub. O, hazırda İran parlamenti İctima Komissiyasının sədridir. Xudadai tərəfdarları arasında Hacı Salman adı ilə tanınır.

Zəhra Nəvidpurun ölümünün doğurduğu əks-səda nəticəsində İran Azərbaycanında sosial medianın qadın istifadəçiləri beynəlxalq #MeToo hərəkatına qatılaraq türkcə #MənDə kampaniyası-na başlayıb.

XS
SM
MD
LG