Accessibility links

Şahid: "Rasim Musayev şəhid anasını həbs etmədi"


Anar Məmmədov
Anar Məmmədov

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə criminal.az saytının redaktoru Anar Məmmədovun işi üzrə fevralın 19-da keçirilən növbəti məhkəmə iclasında Gəncə şəhər Baş Polis İdarəsinin keçmiş əməkdaşı Gülnar Muradova şahid qismində dindirilib.

Şahid məhkəmədə jurnalistə Gəncə hadisləri ilə bağlı məlumatlar verdiyini təsdiq edib. Onun sözlərinə görə, criminal.az saytında dərc edilən məqalələrlə tanışdır və onda qorxu hissi yaratmayıb.

Vəkil Elçin Sadıqov və Anar Məmmədov məhkəmədən sonra
Vəkil Elçin Sadıqov və Anar Məmmədov məhkəmədən sonra

Şahid saytda Gəncə Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi, mərhum Rasim Musyaevlə bağlı yazılnalara aydınlıq gətirib. O Rasim Musayevlə Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyev arasındakı insidentlə bağlı Anar Məmmədovla danışığını təsdiq edib.

“Siz mənə dediniz ki, orada kəllələşmə (kluarlarda polis rəisinin keçmiş icra hakimiyyəti başçısı Elmar Vəliyevi kəllə ilə vurduqdan sonra vəzifəsindən azad edildiyi barədə məlumatlar yayılıb-red) olub? Dedim ki, orada elə bir şey olmayıb. Dedim ki, orada zalda heç kim olmayıb. Ancaq rəhbərlər olub. Şəhidlər xiyabanında Xocalı soyqırımı ilə bağlı tədbir vardı. Bir xanım çıxdı ki, mənə kömək edin. Orada əmr verildi ki, xanımı həbs elə. Rasim Musayev dedi ki, mənə şəhid anasını həbs etmək yaraşmaz. Onunla bağlı mübahisə yarandı. Bundan sonra polis nəfərinin nə ixtiyarı var, onların söhbətinə qulaq asa? Sonra Rasim müəllim gəlib dedi ki, kompüteri ona təhvil verim. Otaqdan əynini geyinib çıxdı. Sonra gerisinə biz qarışmadıq. Amma bu günkü günə kimi də hər bir jurnalistdən xahiş edirəm yalvarıram ki, bilib-bilmədiyinizi yazmayın,” Muradova məhkəmənin diqqətinə çatdırıb.

Bu zaman, Anar Məmmədov Gəncə Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi Rasim Musayevin köməkçisi kimi təqdim etdiyi şahidin səs yazılarının məhkəmədə səsləndirilməsini istəyib.

Şəhidlər xiyabanında Xocalı soyqırımı ilə bağlı tədbir vardı. Bir xanım çıxdı ki, mənə kömək edin. Orada əmr verildi ki, xanımı həbs elə. Rasim Musayev dedi ki, mənə şəhid anasını həbs etmək yaraşmaz. Onunla bağlı mübahisə yarandı.
Şahid Gülnar Muradova

Şahid həmçinin Gəncədə 2018-ci il iyulun 3-də və 10-da baş verən hadisələrlə bağlı jurnalistlə telefon danışıqlarının olduğunu da təsdiq edib.

“Gəncə hadisələri baş verəndə Anar müəllim mənə zəng vurdu ki, Gəncədə belə bir hadisə baş verib. Dedim bəli, belə bir hadisə baş verib. Anar dedi ki, icra başçısının mühafizəçisinin rəhmətə getdiyini deyirlər. Bildirdim ki, başçının mühafizəçisi Qasım Aşbazov mənim iş yoldaşım olub. İllərlə birlikdə işləmişik. Onun hazırda xəstəxanada olduğunu dedim. Sonra gördüm ki, Anar Məmmədov həmin hadisələrlə bağlı internetdə yazıb. Mənə verdiyi sual ancaq o oldu ki, mühafizəçisi ölüb ya yox? Bildirdim ki, polis kimi hamımız xəstəxananın qarşısına yığışmışıq, o ölməyib”, Muradova qeyd edib.

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsinin müdiri Bəxtiyar Əliyev şahid qismində dinrilib.

“Regionda baş verən geosiyasi proseslər, Ermənistan-Azərbaycan arasında hərbi, siyasi, iqtisadi və s. qarşıdurmanın nəticəsi olaraq, xarici xüsusi xidmət orqanlarının Azərbaycanda pozuculuq fəaliyyəti davam edir. Bu məqsədlə marginal sosial təbəqəyə mənsub şəxslərin, dini radikalların, Azərbaycan dövlətinə qarşı qaldırılması istiqamətində təbliğat və təşviqat xarakterli ekstremist ideyaları yayılır, mövcud hakimiyyətə nifrət və cəmiyyətdə düşmənçilik toxumu səpilir. Tədqiqata təqdim olunan materiallardan görünür ki, bu da Ermənistanın Azərbaycana qarşı informasiya müharibəsinin tərkib hissəsi kimi çıxış edə bilər,” vəkil Elçin Sadıqov ekspertdən criminal.az, bastainfo.com və teref.info saytlarıbnda dərc olunmuş müxtəlif məqalələrə eyni rəyi, bu rəyi verməsinin səbəbini soruşub.

“Hər üç rəydə vergülünə qədər eyni cümlələri yazmısınız. Bu nədən irəli gəlib? Yazılar fərqli olduğu halda, sizin politoloji təhlilinizin dəyişməməsi nədən irəli gəlir?” vəkil Elçin Sadıqov ekspertdən sual edib.

Bu məqsədlə marginal sosial təbəqəyə mənsub şəxslərin, dini radikalların, Azərbaycan dövlətinə qarşı qaldırılması istiqamətində təbliğat və təşviqat xarakterli ekstremist ideyaları yayılır, mövcud hakimiyyətə nifrət və cəmiyyətdə düşmənçilik toxumu səpilir.
Ekspert rəyindən sitat

“İstəyir 3 yox 20 rəy də eyni cümlə ilə ifadə oluna bilər. Gedən proseslərə düşmən daim pusqudadır. Baş verən sosial narazılıqlara, siyasi qarşıdurmalara ekstremizm təzahürlərinə dərhal reaksiya verməyə daim hazırdılar. Baş vermiş proseslə bağlı dar məqamda cinayət çərçivəsində baxın. Ancaq Ermənistan xüsusi xidmət orqanları, KİV, Rusiyanın Azərbaycana qarşı olan bir çox mərkəzlərin reaksiyasını oxuyub təhlil etsəniz görəsiniz ki, Gəncədə baş verən hadisələrdən onlar bəhrələnib Azərbaycanda cəmiyyət arasında dövlətə qarşı narazılıq nöqteyi-nəzərindən fəaliyyətə başlayırlar,” ekspert qeyd edib.

Növbəti məhkəmə iclası martın 12-nə təyin olunub.

2018-ci il iyulun 9-da Baş Prokurorluq internetdə həmin ilin yayında Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə enerji böhranı ilə bağlı "yalan məlumatların" və "qanunsuz çağırışların" yayılması haqqında cinayət işi açıb.

Bundan sonra prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az saytlarının bloklanması üçün Rabitə Nazirliyinə müraciət edib.

Sonradan Anar Məmmədova qarşı Cinayət Məcəlləsinin 281.1 (dövlət əleyhinə çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. İttiham sübut olunarsa jurnalisti 7 ildən çox həbs gözləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG